huatong
huatong
avatar

Telefonda deyilməmiş sözlər

Cenab.lovrenhuatong
𝐂𝐄𝐍𝐀𝐁🇦🇿𝐋𝐎𝐕𝐑𝐄𝐍ᵈᵃʳᵏhuatong
الكلمات
التسجيلات
O+) Alo! Axşamın xeyir...

hələ oyaqsan?

(Yuxuların ölər... yuxular ölər

baxışın zilləndiyi soyuq tavanda)

Q-) Hə, axşamın xeyir...

oyağam yəqin

(Ahh onun qucağı... onun qucağı

Və bir dəstə təzə, nəmli lavanda)

O+) Saat artıq 3-dür... niyə yatmırsan?

(Bu dərd oyaqlığı məni öldürür

Əbədi yuxuya hələ var kimi)

Q-)Başım ağrıyırdı, bol kofe içdim...

(Qaldırıb yorğanı yatmaq istərkən

yataq ağzın açır canavar kimi)

O+) Xəstəliyin necə?.. ağrıyırsanmı?

(Mən yaxşı deyiləm, yaxşı deyiləm...

Sapsağlam olsam da, ölürəm burda)

Q-) Yox, hər şey yaxşıdır... rahatlaşmışam

(...və günün hər anı, hər saniyəsi

durub sənə tərəf gəlirəm burda)

O+) Həə... Markes də öldü

ilk xatirəmiz (Bu vəhşi, amansız “100 il tənhalıq”

Məni səhifələrə ayırır hər gün)

Q-) Dayan, kimsə gəldi... qapı döyülür

(və səndən beləcə uzaq olduqca

hər axşam qapıma baş çəkir ölüm)

O+) Nə oldu?... kimdir ki, bu vaxtda gələn?

(Yaman darıxıram bu süst gecələr

Evə gəlişimi gözləməyinçün)

Q-) Qonşu qapısıdır... bizimki deyil

(Hər şeyi ataraq sənə gələrdim

Bircə gün ömrümə gəlməyin üçün)

O+) Hə, belə... gecdir day, yatmaq zamanı

(Daha səndən sonra... və səndən sonra

Qanlı era kimi keçir gecələr)

Q-) Sən yenə içirsən o zəhrimarı?

(Vallah, mənimki də ömür, gün deyil

Yastıq göz yaşımı içir gecələr)

O+) Yox, daha içmirəm... bəs ərin necə?

(Eşş ərin bilsə ki, necə xoşbəxtdi:

Hər səhər səninlə birgə oyanır)

Q-) Xanımın necədir, övladın necə?

(Ay Allah, bu sual necə ağırdır

Bu nədir, elə bil, ömür dayanır)

O+) Yaxşıdır hamısı, yaxşıdır, vallah

(Bircə mən onlarla deyib-gülsəm də,

Hər gün can çəkirəm bu üç otaqda)

Q-) Həə, biz də yaxşıyıq... biz də yaxşıyıq

(Bircə mən zəliləm, ölürəm indi

Böyük bir yoxluğam səndən uzaqda)

O+) Daha çox gecdir e, yatmaq lazımdır

(Yenə zəng edərsən, əbədi ömrüm,

Telefon başında gözlərəm səni)

Q-) Gecən xeyrə qalsın... sağ ol, əlvida.

(Bax elə indicə sağollaşsaq da

Ürəyim yığacaq sənin nömrəni)

المزيد من Cenab.lovren

عرض الجميعlogo