Yaz gecəsiydi...
Getdin göz qırpımında EŞQİM...
Getdin arzularınla, röyalarınla, nağıllarınla...
Əyildi qəddim.
Soldum bir bənövşə tək
EŞQİM...
Uçdun mələklərinlə, diləklərinlə, istəklərinlə...
Söndü həyat dayandı aləm
tükəndi qüvvəm susdumu naləm...
Qondun dodaqlarında,
hülyalarında, duyuğularında...
Bir bulud olub dolub qalıb kövrəlmişəm mən EŞQİM...
Indi öz özümlə mən
tək bacarmıram EŞQİM...
Açılmır səhər
sənsiz ömür bir kədər EŞQİM...
Ucsuz ləpələr sonsuz
səma ulduzsuz bulaqlar susuz...
Qalıb sızlayır könlüm od alovlayır EŞQİM...
Leyli məhəbbətiçün
hər zərrəsiçün
öz Məcnunuçün...
Söndü həyat dayandı aləm
tükəndi qüvvəm
susdumu naləm...
Qondun dodaqlarında, hülyalarında, duyuğularında...
Bir bulud olub dolub qalıb kövrəlmişəm mən EŞQİM...
Indi öz özümlə mən
tək bacarmıram EŞQİM...