huatong
huatong
hikmt-aslanov-khn-dostlarm-cover-image

Köhnə Dostlarım

Hikmət Aslanovhuatong
richmond_yansanhuatong
الكلمات
التسجيلات
Dostlarsız bircə an olmayıram şən

Necə viran olur bülbülsüz çəmən

Onları görəndə məst oluram mən

Kuyi-meyxanədir köhnə dostlarım

Onları görəndə məst oluram mən

Kuyi-meyxanədir köhnə dostlarım

Dost gərək haqq yola səsləyə səni

Mənim dostlarım da belədir yəni

Kövsər şərabı ilə məst edər məni

Əldə peymanədir köhnə dostlarım

Kövsər şərabı ilə məst edər məni

Əldə peymanədir köhnə dostlarım

Hərdənbir küssəm də, lap incisəm də

Çəkilib təkliyə qüssə yesəm də

Hərdənbir küssəm də, lap incisəm də

Çəkilib təkliyə qüssə yesəm də

Baxma, dostlarıma köhnə desəm də

Qədtəzə xanədir köhnə dostlarım

Baxma, dostlarıma köhnə desəm də

Qədtəzə xanədir köhnə dostlarım

Köhnə dostlarım, köhnə dostlarım

Kuyi-meyxanədir köhnə dostlarım

Köhnə dostlarım, köhnə dostlarım

Əldə peymanədir köhnə dostlarım

Vəhdət hədəfiyəm hədəf içində

Ömür ötmədədir şərəf içində

Ürəyim sədəfdir sədəf içində

Dürdür, dürdanədir köhnə dostlarım

Ürəyim sədəfdir sədəf içində

Dürdür, dürdanədir köhnə dostlarım

Nəyi ki danışsam, sözümdən bilər

Sözümün məğzini gözümdən bilər

Qəlbimdən keçəni üzümdən bilər

Elə fərzanədir köhnə dostlarım

Qəlbimdən keçəni üzümdən bilər

Elə fərzanədir köhnə dostlarım

Hərdənbir bir küssəm də, lap incisəm də

Çəkilib təkliyə qüssə yesəm də

Hərdənbir bir küssəm də, lap incisəm də

Çəkilib təkliyə qüssə yesəm də

Baxma dostlarıma köhnə desəm də

Qədtəzə xanədir köhnə dostlarım

Baxma dostlarıma köhnə desəm də

Qədtəzə xanədir köhnə dostlarım

Köhnə dostlarım, köhnə dostlarım

Kuyi-meyxanədir köhnə dostlarım

Köhnə dostlarım, köhnə dostlarım

Əldə peymanədir köhnə dostlarım

Köhnə dostlarım, köhnə dostlarım

Dürdür, dürdanədir köhnə dostlarım

Köhnə dostlarım, köhnə dostlarım

Mərdi-mərdanədir köhnə dostlarım

المزيد من Hikmət Aslanov

عرض الجميعlogo