huatong
huatong
الكلمات
التسجيلات
Əvvəl yaz, sonra poz

Əvvəl ağ, sonra boz

Əvvəl qum, sonra toz

Bax belə dəyişir istək

Əvvəl al, sonra qur

Əvvəl öp, sonra vur

Əvvəl sus, sonra dur

Tərk et buraları tək

Elə bil

Sən gün görməyən soyuq dağ kimi

Mən içdə hönkürürdüm uşaq kimi

Üzdə çarəsiz hal, gözlər quru

Ağlımda hələ dediyin sözlər durur

Ki, bu illər oldu mövcud məcburi

Nə yazıq sorağı qulağı gec burur

Nəyisə dəyişmir ayrılıq xoşluqla

Axı nəticə təklik və boşluqdur

Əvvəl depressiya əlacı soyuq "rom"

Dərdi soyudub, sonra da soyundum

Fikir dolu başım çalışır yatmağa

Səhər hələ də dünənki axmağam

Sanki çat veribdir divar hördüyüm

Bezdirib hər dəfə irəli sürdüyün

O təklif hansı "düyünü kəs" deyir

Elə bil danışmayıb atırsan dəstəyi

Əsən ruzigarın qanadına ruh kimi qonaq

Bir dünya quraq, la-la-la-la

Sonra hər şeyə od vurub birdən yandıraq

İndi ayrılaq, la-la-la-la

Həyatımın qəmli nəğməsi

Denən, dünən neyləsin, denən, ürək neyləsin?

Söylə

Bu, həyatımın qəmli nəğməsi

Denən, ürək neyləsin, denən, Uran neyləsin?

Söylə

Söylə ki, verilən qurbanlar hamı puçdur (hamı puçdur)

Söylə ki, səbəbkar elə həmin suçlu (həmin suçlu)

Söylə ki, sevgi vardı, gəldi və uçdu

(Gəldi və uçdu, gəldi və uçdu)

Elə-belə, ya belə-elə - qərar var

Fikir tar-mar

Xəyallar evimə dolubdur zəhrimar

Dibinə doğru aparır bu nərdivan

Sussam da, oxunur ki, dərdim var

Sanki ailə albomunun "outro"su

Xatırladır həyatımın "Metro"sun

And olsun ki, düşünürəm arada

Bəlkə taleyimi yazıram hər mövzuda

Obrazlarımdan sevgisini tapan varmı?

Bu paranoyya məni uzağa apararmı?

Şüur bloklanıb, beyinə qapaq dardır

İmkan olsaydı, bu başı qoparardım

İndi haradan başlayım, sıfırlanım?

Təklik qayıdır yenə fırlanıb

Tapır məni, qapımdadır gerçək

Tənhalıq küləyi, məndən əl çək

Əsən ruzigarın qanadına ruh kimi qonaq

Bir dünya quraq, la-la-la-la

Sonra hər şeyə od vurub birdən yandıraq

İndi ayrılaq, la-la-la-la

Həyatımın qəmli nəğməsi

Denən, dünən neyləsin, denən, ürək neyləsin?

Söylə

Bu, həyatımın qəmli nəğməsi

Denən, ürək neyləsin, denən, Uran neyləsin?

Söylə

Söylə ki, verilən qurbanlar hamı puçdur (hamı puçdur)

Söylə ki, səbəbkar elə həmin suçlu (həmin suçlu)

Söylə ki, sеvgi vardı, gəldi və uçdu

(Gəldi və uçdu, gəldi və uçdu)

Elə-belə, ya belə-elə - qərar var

Qərar var

Dağılışaq

Mən tək

Sənlə uşaq

المزيد من Uran/Elnarə Xəlilova

عرض الجميعlogo