menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
Mən həmişə istəmişdim qızım olsun

Körpə gülüşlərində həyatı tapdığımdandır yəqin ki

Musiqini dinləyəndə deməyə daim sözüm olsun

Heç olmasa okean sahillərindən olum dərin

Albomun bir parçası, həyatın bir parçasıdır

Səmimiyyətin ən bol olduğu yer

Mahnı və uşaq bağçasıdır

Bax qulaq asır yəqin indi yaşlılar da

Kaş ki, hər sözüm bir iz qoyaydı yaxşılarda

(Gör bizə neçə göz baxır...)

Gözlərinsə arxasında sevgilər və hisslər durur

(Biz neçə evin bərk damı...)

Duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür

Hələ də parlaya bilməyibsə ulduzun, üzülmə, dost

Bəlkə günəş batmıyıb və çökməyib hələ qaranlıq

Quşların azadlığı səma, mənimsə musiqi

Əlini ver, uçaq biz əsl sevgilərdən yarandıq

Yaş üstə yaş gəlir

Yönəlib həyatın mənə ciddi baxışları

Hisslərimə də qış gəlir

Atacaq baharın yenə ürəyimə daşları

Gözlərimdən, hər sözümdən bilinir

Təklikdən üşüdüm artıq

Uşaqlığ illərin əməllərindən

Doymadan tərslikdən böyüdüm artıq

Küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi

İndiysə gözə qədər kepka, unudulmuş dalanlarla

Cangüdənlərin məni qorumağı çox gülünc idi

Hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla

Zarafat etmə çox, deyib-gülmə, danışma çox

Özünü qabağa atma həyat adlı yarışda çox

Ama dostların və dinləyicilərin bilmədiyi bir şey

"Mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir"

Mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol

Mən hələ də öz ürəyimə gedən yolda yarıda qalmışam

Hərdən mən bezirəm, hərdən bezib tərk edən olur

Amma ki, bu gün bu qəlbin ortasında tək qalmışam

Kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam

Cavabsız məktublar və cavabsız zənglərlə

Bir azdan böyüyəcəksən, tələs, üfür sönməmiş şam

Tortda "23" yazmışam, deyəsən doğrudan böyümüşəm

Yaş üstə yaş gəlir

Yönəlib həyatın mənə ciddi baxışları

Hisslərimə də qış gəlir

Atacaq baharın yenə ürəyimə daşları

Gözlərimdən, hər sözümdən bilinir

Təklikdən üşüdüm artıq

Uşaqlığ illərin əməllərindən

Doymadan tərslikdən böyüdüm artıq

Yaxın dur, qulağını aç, hələ ki, bitməyib sözüm

Yoruldum, qolumu aç və özünü qucaqla bərkdən

Denən ki, dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm

Mənimlə uçmaq istə, gözünü yum, qanadlan ürəkdən

Mənimlə doğmasan "Karusel"imə minmisənsə

Həmin "Hekayə"dəki əsgər kimi sevmisənsə

Və "Bəlkə" əkmisənsə nə vaxtsa həmin "Güllər"i

Mənimlə eynidir yəqin sənin sevimli günlərin

Yaş üstə yaş gəlir

Yönəlib həyatın mənə ciddi baxışları

Hisslərimə də qış gəlir

Atacaq baharın yenə ürəyimə daşları

Gözlərimdən, hər sözümdən bilinir

Təklikdən üşüdüm artıq

Uşaqlığ illərin əməllərindən

Doymadan tərslikdən böyüdüm artıq

Orkhan Zeynalli থেকে আরও

সব দেখুনlogo
Orkhan Zeynalli-এর Yaş Gəlir - লিরিক্স এবং কভার