menu-iconlogo
huatong
huatong
লিরিক্স
রেকর্ডিং
Bu... Bu, musiqidir

Bunu izah etmək olmur

Bu, sadəcə, musiqidir

Getdik, ah

Heç kəs lazım deyil, qapını bağlamışam

Daha sınama məni, həyat, ağıllanmışam

Görünən odur deyən çox yandım odunda

Fərqli qadınlar, pul-imkan badına

Mənimsə imdadıma çatanın bir adı var

O həmişəlikdir, sonu yoxdur, ardı var

O şəffaf olsa da, elə bil ki, nərdivan

Musiqidir adı - canlanır hər divar

Tək qalanda depressiya alanda ağuşuna

Dərd qanadları bitişəndə tale quşuna

Cansız butulka boşalıb alanda huşumu

Səslənən notun titrəyişindən dağılışırlar

Məndən soruşma necə, axı bu şüuraltı

Eşitdin, əks etdi ifadə, sözlər zühur oldu

Döl, rüşeym, insan

Ruh baş-beyin təması

Hər ömür yeni mövzu, hər ömür yeni timsal

Əvvəlin görmür, sonrasın görmür

Əlləri yoxdur, tarazı birmi bunun?

İzahını axtar, izahı var altda

Mənası sabit, mənası birmi bunun?

Boşluq

Qaranlıq

Səssizlik

Çarəsiz

Qərar qəbulundan yorğun beyin idarəsi

Cavabdehliyi qarğış kimi görən bir bəndə

Özü özünü anlamır deyə, özü özünə düşməndir

Hər şeyin "niyəsi" olmur

Hər şeyi tərəziyə qoyma!

Hər şeydə yox "işarə"

Hər qərarı tələsik alma

Hər qiymətdə axtarma ədalət balansını

Zərif çatı düzəldən yerdə birdən hər şey tamam sınır!

Çökən divardır, amma bünövrə sağ qalır

Bunu anlamayan illərlə sarar yaraya sarğını

İtirib marağını sülənir qaranlıq dəhlizdə

Elə bil fərqli sahilləri dolanıb bir dənizdə

Bu zaman musiqi dalğası qaldırır ərşə

Ləpələrin qoynunda buludlarla görüşüb

Xilaskarın karına çatır, sanki "Arazbarı"nı

Üzeyir yazıb verir sənə ömürlük könül yarını!

Əvvəlin görmür, sonrasın görmür

Əlləri yoxdur, tarazı birmi bunun?

İzahını axtar, izahı var altda

Mənası sabit, mənası birmi bunun?

Mənası birmi bunun?

Uran থেকে আরও

সব দেখুনlogo