menu-iconlogo
huatong
huatong
avatar

S.V.D.M - Spid Virusu Düşüb Mənə

Uranhuatong
লিরিক্স
রেকর্ডিং
SPİD virusu düşüb mənə

Mən özüm də bir virus olub düşmüşəm bu həyata

Həyatım mənə qarşı immuniteti var – ölüm

Mənim isə ölümə qarşı heç bir immunitetim yoxdur

Qulaq asın

Açılmaz olan qapıları mən açmaq istəyirəm

Cəmiyyətdən uzaqlaşıb sonsuz qaçmaq istəyirəm

Mən istədiyim bir qızla birgə olmaq istəyirəm

Mən həyatımın xoşbəxt anı ilə dolmaq istəyirəm!

Başa düşmək istəyirəm, başa salmaq istəyirəm

Yuxu görmək istəyirəm, xəyala dalmaq istəyirəm

Mən Yerdən artıq bezmişəm Günəşlə qalmaq istəyirəm!

Mən ölüm bıçağını qəlbimin dibinə salmaq istəyirəm!

Bəsdir! Yetərdir!

Qaranlıqdan daha bezmişəm

Sevməyi bacarmıram, insanlara nifrət sezmişəm!

Unutmuşam keçmişimi, gələcəyimə mən tüpürmüşəm

Xoşbəxtlik şansın əldən buraxıb, onu uçurub üfürmüşəm!

İndiki həyatımın mənasın bir qutu siqaretdə görürəm

Öz əlimlə, özüm üçün qəbir daşın mən hörürəm

Dayana bilmirəm, getdikcə daha aşağıya enirəm

Nə danışdığımı düşünməyib, ağzıma gələni deyirəm!

Baxıram kalendara, balaca kağızda nələr vardır?

İnsan həyatı belə çərçivədə, insan həyatı belə dardır

Yaşayacağım günlərə baxıram, əzib atıram vedrəyə

Həyatsa aşağıya enir, əsəbləşmək gərək nəyə?

Od-su arasında qalmışam, mən görəsən nə edim?

Özümü bu zibilə salmışam, görəsən haraya gedim?

Günəş mənə qara görünür, bu gün olub ona nə?

Uzaqlaşın siz məndən SPİD virusu düşüb mənə!

Haradayam, bilmirəm mən haradayam?

Bəlkə burda, ya qabaqda son qoyam?

Bəlkə küsüb, bezib bu həyatdan doyam?

Bəlkə oturub günlərimi sayam

Əlsizəm, qolsuzam, donsuzam, sonsuzam

Bədbəxtəm, xoşbəxtəm, insanam, heyvanam

Qəlbsizəm, sənsizəm, gözsüzəm, sözsüzəm

Faşistəm, nasistəm, tüstüyəm, mən nəyəm?

Başa düşməmişəm ki, dünyanı dəyişə bilmirəm

Pis bir iş görərək mən yaxşılığı heç vaxt silmərəm

Xeyir öz yerində olur, şər qüvvə yerində qalır

Yalnız insan artıq əşyatək özünü araya salır

Yüz mərtəbə binanın damından durub yerə baxıram

Gözlərim yaxşı görür, ancaq mən yenə eynək taxıram

Mən gözlərimi gizlədirəm, qorxuram onları itirərəm

Bədənimdə olan yeganə saf yeri qurban gətirərəm

Tullanımmı buradan, düşümmü azad dünyaya?

Onsuz da etdiyim səhvlər artıq gəlməyir saya

Oğlan və qız girib qol-qola - budur gəzirlər yenə

Uzaqlaşın siz məndən SPİD virusu düşüb mənə!

Haradayam, bilmirəm mən haradayam?

Bəlkə burda, ya qabaqda son qoyam?

Bəlkə küsüb, bezib bu həyatdan doyam?

Bəlkə oturub günlərimi sayam

Getdim yoxlatdım özümü, mən inanırdım keçəcək

Neçə dəfə belə olub, hər şey öz yolun seçəcək

Ancaq bu dəfə ilişdim, ancaq bu dəfə girişdim

Ancaq bu dəfə ölüm ətrini hiss etmişdim

Bir saat kеçdikdən sonra həkimlər dedilər mənə

"Həyatından uzaqlaş, SPİD virusu düşübdür sənə!"

Mən yerimdə dondum, qəlbimin daxilinə qondum

Ürəyimin damarların bir-bir çıxartdım, qırdım, yondum!

Qoy azad olsun ürəyim, tullantı üçün işləməsin

Damarda qan qalmasın, vicdan qəlbimi dişləməsin!

Biz bir-birimizdən ayrılaq, o artıq azad bir ürəkdir

Heç vaxt unutmayın, ürək yaşayan insana gərəkdir

Gözümü açanda gördüm məni möhkəm bağlayıblar

Qollarım kəsik-kəsikdir, acı iynə ilə dağlayıblar

Bir addım irəli atıb, iki addım atdım gеriyə

Beynimdə bir sual vardır, axı niyə, niyə, niyə?

Bir anlıq baxdım ətrafa - ağaclar, qönçə güllər

Bir anlıq baxdım insana - günahlar, qanlı əllər

Yağış tökülür üzümə, hər damcı dənə-dənə

Uzaqlaşın siz məndən, SPİD virusu düşüb mənə!

Haradayam, bilmirəm mən haradayam?

Bəlkə burda, ya qabaqda son qoyam?

Bəlkə küsüb, bezib bu həyatdan doyam?

Bəlkə oturub günlərimi sayam

Haradayam, bilmirəm mən haradayam?

Bəlkə burda, ya qabaqda son qoyam?

Bəlkə küsüb, bezib bu həyatdan doyam?

Bəlkə oturub günlərimi sayam

SPİD virusu düşüb mənə

Uran থেকে আরও

সব দেখুনlogo