menu-iconlogo
huatong
huatong
avatar

Nifrət

payam turkhuatong
thinkgreenhuatong
Liedtext
Aufnahmen
Çək məni siqaretinəm, tüstü olum dodağına

Yaxınlaş, özünə al məni, isti olum qucağına

Gen otağı dar gətir mənə, sıx məni yatağıma

Şərab ol dodaqlarıma, qoy səni səndən içim

Al məni bağrina bas, qoy eşqinlə bitim

Mənə bir baxış bağışla, gözlərində itim

Məni sən yaradıbsan, yox mənə burdan "gedim"

Səni dəlilər kimi sevərəm, bunu sənə söz verim ki

Qal mənim yanımda, sən istə keçim canımdan

Axırsan qanımdan, bağlısan hər anımdan

Deyir: "Bu qədər rahat, buraxım, gedim" qalım qəm hallarımla

Yaşayış yadınla, amma yerini alır qadınlar

Nifrət vardı məndə hələ də butun gülüşlərin dalında

Yoxsan yanımda amma qarışıqsan ruhumla, canımla

Axtarıram nə qədər var bütün xatirələr yadımda

Ürəyimə sanc oxu, nifrətli qan çoxu

Səbrimə az toxun, gözümdən ənir roxun

Ruhumu yormadan cismimdə var qadan

Olma nadan, gəl uzaqlığa dadan

Ruhumu dağıdır oxun, daha mənə deyirsən yoxun

Nifrəti özümdə boğum, əyildi bütünü boyum

Dərini, ətini oyum, qanına çətin mən doyum, qanına çətin mən doyum

Sondaki gülüşlərinə ilk siqaretim öpüşdü

Dizlərim qucaq verdi, kədərlərimi bölüşdü

Uçdum gələcəyimə və olmamağın görüşdü

Yadıma o düşdü, döndün geriyə, ayaqladın nifrətimi və barışdım

İtirdim kədərlərimi, sevincə mən qarışdım

Təzəldi xatirələr, buraxdin, yenidən alışdım

Çalışdım olmasın amma nifrət tək qaldı mənə

Qızılgül oldun, sənə xar oldum, dərildin və qanlı sifət qaldı mənə

Ucalı gülürdün, mən inanmadım batinində olar nələr

Güdmədən indi gələr itirdim bu dəqiqələrim, vaxtlarım

Mənə yer göstər, denən özümü hardan axtarım

Mən itirmişəm özümü, inan duman dağlarım

Bu isti ocaq üstə durmadın, gah əridim qarların

Qaraldı ağlarım və ürəyə düşdü dağların

Ürəyimə sanc oxu, nifrətli qan çoxu

Səbrimə az toxun, gözümdən ənir roxun

Ruhumu yormadan cismimdə var qadan

Olma nadan, gəl uzaqlığa dadan

Ruhumu dağıdır oxun, daha mənə deyirsən yoxun

Nifrəti özümdə boğum, əyildi bütünü boyum

Dərini, ətini oyum, qanına çətin mən doyum, qanına çətin mən doyum

Əlinlə tuturdun, gedərkən məni gözlərinlə vururdun

Gahi axırdın mənlə, gahi də dururdun

Uyudurdun ürəyimi, oyadarkən kinləri

Təninlə tənimi zəhərləyəndə mən bilmirdim itirirdim iləri

Kimləri yerinə saçırdım?

Uturdum tüstüləri və ciyərlərimi içkilərlə daşırdım

İtirib sağlığına sağlığımı gah sağa, gah sola aşırdım

Addımı çaşırdım, ürəyimlə yanırdım və puç olduğunu qanırdım

Bir qurtum nifrət, bir qurtum ölüm mənə qalırdı

Kim məni aynıdırdı nə olduğunu danırdım

Dirilirdim, qalırdı nifrəttək "hay" mənə qalmır nay tənə

Güdürəm, gələr mənə bir xəbər

Beynimdə var nələr, uzaqda dur dəbər-dəbər

Nifrətdir, yar, mənə böyük ağır ar mənə

Ürəyimə sanc oxu, nifrətli qan çoxu

Səbrimə az toxun, gözümdən ənir roxun

Ruhumu yormadan cismimdə var qadan

Olma nadan, gəl uzaqlığa dadan

Ruhumu dağıdır oxun, daha mənə deyirsən yoxun

Nifrəti özümdə boğum, əyildi bütünü boyum

Dərini, ətini oyum, qanına çətin mən doyum, qanına çətin mən doyum

Mehr von payam turk

Alle sehenlogo