menu-iconlogo
huatong
huatong
avatar

Qəribə Vaxtlar

Prometehuatong
paul_randyhuatong
Liedtext
Aufnahmen
Fikirlər – onlar heç vaxt gəlmir qəfildən

Onlar şüuraltına çökmüş şəkillər

Bəzən illər lazım olur bir ideyanı tamamlamaq üçün

Amma hər gün oturub bir şey qaralamaq üçün

Ətrafda səbəblər çox, həyat tələblər çox

Yaşlanırıq – sevinc əvəzi gərilir əsəblər çox

Kim deyir ki, yaşlı olur müdriklər?

Yox!

Tanıdığım cavanlar da var

Uşaqlığımın qəhrəmanı - Anar

Fikirləriylə formalaşırdı cavanlar, vaxt var idi

Qəribə vaxtlar idi, axşamlar həyətə düşərdi hamı

Xəbərləri bölüşmək üçün

İndiysə facebook-da toplanırlar görüşmək üçün

Az qalıb surroqata dönüşmək üçün

İnsanlar çox dəyişib, bu pisdir, yoxsa yaxşı?

Hərənin öz baxışı

Fərqli baxışların səbəbkarı - həyat naxışı

Kimdəsə cütdür maşın, kiminsə yox balışı

Kimsə sevir yağışı

Kiminsə birdir həyata gəlişiylə, alışı

Kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı

Kimə qurmaq, kimisinə də soxasoxdur yaxşı

Hərənin öz baxışı, hərənin öz naxışı

Bir də vaxt var idi, yaxşı vaxtlar idi

Yolumuz işıqlı, ətrafımız dostlar idi

Enerji çox, sual çox, işimiz aşkar idi

Elə fikirləri formalaşdıran insanlar idi

Bizə dövrümüz deyildi qeyri-adi

Adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı

Hərənin öz saatı, çatırdı imkanatı

Kiçik bir dövlətin insanlarının böyük həyatı

Böyükdür sualları, böyükdür duaları

Kiçikdir böyük dövlətlərlə dostluq xəyalları

Ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər

Əslində kiminsə yüz il əvvəl yazdığı sətri

Deyirik bu gün fərqli

Budur bizim dövr!

Bilinmir hələ tarixdə necə edəcək izim dövr?

Hmm, dostum Mete, ötür siqareti

Bəlkə sadəcə bir fləşkartıq biz, xəbər ötürücü

Bəlkə xatirələrimizin gücüdür, sözlərin gücü

Həyata maraq edən biri var idi - mənəm o

Ətrafı xanımlar, dostlar idi - mənəm o

Bu gün bəzi ölüb, bəzi başqa-başqa diyarda

Bəzi başqa-başqa fikir, başqa-başqa xəyalda

Dəyişir həyat, qəbulun dəyişir

Qovluqlar yeni, fikirlər şablon dəyişir

Gözəllər gözəlləşdikcə abrın dəyişir

Üsullar köhnə üsuldur, sabun dəyişir

Nə yaxşı var ritm, bu gün səninlə dedim

Təbiətdən törəndik, yenə ruh təbiətin

Cəmiyyətə qaynayıb qarışmalı, alışmalı

Keçmişi unutmayıb, bu gününlə barışmalı

Ya da fikirlərini paylaşıb, bir toplaşmalı

Yeni bir məna üçün qırışmalı, savaşmalı

Gözlərimiz yol çəkir, axır axın-axın fikir

Başqadır fəlsəfəsi – insanlar birdir

İnsanlar birdir və insanlar bilmir

İnsanlar bildiyi həqiqətləri dinmir

Bəlkə bildiklərmizi biz paylayaq, hamı bilsin!?

Bəlkə də bu ən böyük tilsimdir ki

Kimsə edib bizi dilimizə təslim, bu bir tərslik

Və bu barədə yoxdur heç bir ədəbiyyat, heç bir dərslik

Həyatımızı bürümüş sərt bir nəhslik

Niyə üzümüzə qırışlarla birgə qonur səssizlik!?

Kimsəsizlik, tənhalıq

Darıxmaq hissinin özü üçün darıxmaq

Suallar burulğanında vurnuxmaq

Hər şeyin yaxşı olacağı barədə inam hissi uzaqlarda

Artıq əvvəlki tək sevinc vermir uşaqlar da

Daha yumşaq, daha həzin musiqilər qulaqlarda

Daha axmır göz yaşı da yanaqlardan

İçəriyə yol tapıblar, ümidlərə yem olublar

Ümidlərsə hələ də sağdır, yaşsa sayır əksimizə

Güzgülərdə yadlaşırıq əksimizə

Artıq varan da yox fərqimizə

Nəzərlərdə yox oluruq

Özümüzə dost oluruq

Mümkünsüz hadisələr baş verirlər

İtirilməz insanlar baş daşına çevrilirlər

Ömür nədir?

Fikirlərin qoynunda səfərlər?

Fikirlər – onlar heç vaxt gəlmir qəfildən

Mehr von Promete

Alle sehenlogo
Qəribə Vaxtlar von Promete - Songtext & Covers