menu-iconlogo
huatong
huatong
uran-azrbaycan-trk-edrkn-cover-image

Azərbaycanı Tərk Edərkən

Uranhuatong
egdirmachuatong
Liedtext
Aufnahmen
Azərbaycanı tərk edərkən

Keçirtdiyim hisslər haqqında

Səmaya doğru gedir xəyallar (xəyallar)

Aradabir sualtı qayalar (qayalar)

Oralar mənə xain olarsa (olarsa)

Yolumu açıq et, ay Allah (ay Allah)

Görmürdüm neçə vaxtdır üzünü (üzünü)

Onun qoynunda açdım gözümü (gözümü)

Keçilən yollar dərs sayılar

Yolumu açıq et, ay Allah

Getmək istəmirdim, inan ki

Deyiləm əvvəlki Uran kimi

Sarılıb boğaza ilan kimi

Nəsə saxlayır məni tərk edərkən ölkəni

Elə bil kölgə qopur bədəndən

Hava limanında kədərli

Fikirlər - uzaq uçan o çağlar

Köhnə günlərim, köhnə uşaqlar

Ağacından ayrı düşən toxum mənəm

Azlığından əziyyət çəkən çoxun mənəm

Küləyinlə, dənizinlə toxun mənə

Doğmadır qoxun mənə, küçələrin yaxın mənə, ey vətən!

Dadın qalıb damağımda

Uçuş qabağı göz yaşı yanağımda

Gəlmişdim təəssürat sorağı ilə

Geri dönürəm mən keçib həyat sınağından!

Səmaya doğru gedir xəyallar (xəyallar)

Aradabir sualtı qayalar (qayalar)

Oralar mənə xain olarsa (olarsa)

Yolumu açıq et, ay Allah (açıq et)

Görmürdüm neçə vaxtdır üzünü (üzünü)

Onun qoynunda açdım gözümü (gözümü)

Keçilən yollar dərs sayılar (ah)

Yolumu açıq et, ay Allah

Səyyahtək çıxsam da uzun yola (uzun yola)

Özü də, həqiqət axtarışım uzun ola (uzun ola)

Yenə də ruhum dönəcək hüzuruna (hüzuruna)

Çün məzaradək şərikəm azarına

Mən!

Nəyi gördüm, nələr qaldı xatirimdə?

Gördüm bayraq asılmış hər tinində

Gördüm gecə-gündüz işləyən ataları

Gördüm addımbaşı şəhid fotoların!

Gördüm xeyirlə şərin bir gəlişini

Gördüm böyük xalqın yaranış, dirçəlişini

Gördüm görünməz tərəfini aysberqin

Dəyişiklik az da olsa amma ki, var yəqin

Az qızındım ata yurdun ocağına

İstədim körpə olum dönüm ana qucağına

İndi getməliyəm ardınca macəranın

Baxıb yumuru pəncərədən deyirəm "xoşca qalın"!

Hələlik!

Səmaya doğru gedir xəyallar (xəyallar)

Aradabir sualtı qayalar (qayalar)

Oralar mənə xain olarsa (olarsa)

Yolumu açıq et, ay Allah (açıq et)

Görmürdüm neçə vaxtdır üzünü (mən üzünü)

Onun qoynunda açdım gözümü (mən gözümü)

Keçilən yollar dərs sayılar (ah)

Yolumu açıq et, ay Allah

Yolumu açıq et

İradəmi möhkəm et

Mənə səbir ver

Mehr von Uran

Alle sehenlogo