menu-iconlogo
huatong
huatong
uran-hyat-glmlidir-cover-image

Həyat Gülməlidir

Uranhuatong
michele_edwards4414huatong
Liedtext
Aufnahmen
Gülməlidir, nə qədər çox bilsək

Səhvə yol versək, məsləhət görsək

Gülməlidir, nə qədər istəsək

Dünyanı düzəltsək, yenə də daş-kəsək!

Gülməlidir

Heyo, millət, bizim həyatımız bəzən çox gülməlidir!

Həyat gülməlidir - bəzi problem deyilməlidir

Bəziləri deyilməməli və gizlədilməlidr

Bədbəxt dünyanın xoşbəxt insanı bilməlidir

Nəyə sevinməli, nəyəsə kədərlənməlidir

Əgər səni qovursa bir gün işdən rəisin

Gülməli bir şey yoxdur, sadəcə tutub pisin

Hirsin, əsəbin qalxmasın, bunun axırı şəkər

Xəstə insan iynə-dərmana milyon tökər

Hər bir şagird oxuyur ki, sonda olsun tələbə

Hər bir tələbə çalışır imtahanda çalsın qələbə

Hər bir imtahan keçirilirsə yüksək səviyyədə

Bu bizə sərf etmir, boş keçməsin niyə də?

Bununla başlayır - məzunun gülməli iş axtarışı

Var diplomu, var sənəti, amma boşdur başı

Yaxşı, hesab edək ki, başında onun biliyi var

Dirəyi, day-dayı var, demək onun çörəyi var

Əgər kasıbın oğludursa, açacaq özünə "будка"

Min bir xırdavat, paltar, "шмотка", "куртка"

Beş-üç manat çörək pulu, cib boş, ağız sulu

Bizneslə birləşəcək tutduğu elmin yolu

Biznes - bizim dilimizdə desək al-ver

AIdığını sat, satdığını at, sonda atdığını ver

Stop! Durun, gəlin zamanı geriyə döndərək

Səhvlərimizi görək, ağlamayaq, hamılıqla gülək

Gülməlidir, nə qədər çox bilsək

Səhvə yol versək, məsləhət görsək

Gülməlidir, nə qədər istəsək

Dünyanı düzəltsək, yenə də daş-kəsək!

Gülməlidir, nə qədər çox bilsək

Səhvə yol versək, məsləhət görsək

Gülməlidir, nə qədər istəsək

Dünyanı düzəltsək, yenə də daş-kəsək!

İyirmi birinci əsr, artıq qulağımızın dibin kəsir

Çox tələsir, sirrlər xəzinəsində qalmayıb sirr

Bütün millət, hamılıqla birgə edəyin inkşaf

Amma bu irəlliləyişdə var gülməli bir paraqraf

Edirəm çürük-saf, nə finiş, nə də ki, start

Hamı mobil telefon alır bizdə parta-part!

Qalıram mat mən görərkən telefonu

Onun var "mafon"-u, mikrofonu, diktofonu

Tualeti, həm sifonu, saksafonu, nə əvvəli, nə də sonu

Tozsoran, paltaryuyan, televiziya

Siqnalizasiya, kanalizasiya

Səsi polifonik stereo olmalıdır guya

Dümbələk boyda, həm bayram, həm toyda

"Kyali Minoquenin efir mahnısını qoy da"

Telefon çox olsa da beynimizi dəng eləmir

Sadəcə çoxusu " вызов" atır, çoxusu zəng eləmir

Nəzərinizə çatdırım yaman maraqlı bir məsələ

Müraciət edir millətin doxsan faizi "ehsan-sel"-ə

SMS göndərilir, bəzən tərs göndərilir

TV-də, radioda mesaj bəhsə-bəhs göndərilir

Nömrələr "зеркальный", baxırsan görürsən əksin

Vacib deyil mədə, telefon almağa tələsin

Gülməlidir, çoxu olub bu balaca əşyaya xəstə

Kontur yoxdur, amma zibildən bizdə dəstə-dəstə

Gülməlidir, nə qədər çox bilsək

Səhvə yol versək, məsləhət görsək

Gülməlidir, nə qədər istəsək

Dünyanı düzəltsək, yenə də daş-kəsək!

Gülməlidir, nə qədər çox bilsək

Səhvə yol versək, məsləhət görsək

Gülməlidir, nə qədər istəsək

Dünyanı düzəltsək, yenə də daş-kəsək!

Demokratik inkişaf, istiqamətimiz Avropa

Diskotekalar, barlar, klublar - oppa!

Dilimiz əldən gedir - da, net, no, yes

İmport, eksport, səkkiz-fara Mersedes!

"Belə maşın olmur!" - Olur, bizdə hər şey var

Bircə sifətimiz qalıb mentalitetimizdən yadigar

Xarici firma, mağaza, mini, super, market

Avto-magistral yollara çəkəcəyik parket

Etiket xarici, istehsal isə milli mal

Amma belə mal alan sonda olur anormal

Sökəyin Qız Qalasın, əvəzinə tikək təzəsin

Yüz mərtəbəlisin, qoy beləsi şəhərimizi bəzəsin

Ən sonda şəhərimizi sökək edək yeraltı

Onsuz da üstü sürüşüb, yəqin qalıb altı

Beş-altı yüz kilometrlik çəkək metro rayonlara

Nəqliyyatlar çatdırmır, kömək lazımdır onlara

Beləliklə, yaşayışımız əməlli-başlı səhnə

Hər şey təzə, təzə məzə, məzə təzə, köhnə

Həyat gülməlidir!

Və mənə elə gəlir bunlar gizlədilməməlidir

Sadəcə sakitcə deyilməlidir!

Gülməlidir, nə qədər çox bilsək

Səhvə yol versək, məsləhət görsək

Gülməlidir, nə qədər istəsək

Dünyanı düzəltsək, yenə də daş-kəsək!

Gülməlidir, nə qədər çox bilsək

Səhvə yol versək, məsləhət görsək

Gülməlidir, nə qədər istəsək

Dünyanı düzəltsək, yenə də daş-kəsək!

Gülməlidir, nə qədər çox bilsək

Səhvə yol versək, məsləhət görsək

Gülməlidir, nə qədər istəsək

Dünyanı düzəltsək, yenə də daş-kəsək!

Gülməlidir!

Mehr von Uran

Alle sehenlogo