menu-iconlogo
huatong
huatong
avatar

Yad Ölkədə

Uranhuatong
meademachuatong
Liedtext
Aufnahmen
Həyatda yeni səhifə açıldı, dəyişdi gedişat

Düşdüm Fransaya, Lö Gişe, deyiləm pərişan

Ata oldum, sayrışan ulduzum - qızım, yeni guşəm

Anladım, valideyn bir rütbə, nə sənət, nə peşə

Yeni iaşə, yeni məişət, yeni gündəlik nizam

Yeni baxış, yenilik axtarışı, yenilənir bazam

Beynimin idarəetmə mərkəzi, informasiya toplanışı

Yeni ilham mənbəyi, eynən, yeni mövzu axtarışı

Axşam çayxanası, laqqırtı, dost-tanış üzü

Bunlar uzaqlaşdı, ancaq "Facebook", "Skype"a dikib gözü

Vətəndə baş verənlərlə maraqlanmaq

Bunu çoxdan bilirəm, nədir doğmalığa bağlanmaq

Amma kəşf etmək istəyi, yeni səhifə hərisliyi

Darıxmaq hissini unutdurur, beyindən təmizləyir

Təmizi deyim, sərxoş olanda gözüm görür Xəzəri

Bir az düşünüb gülür yad ölkədə bir Azəri, həri!

Bunun yox bənzəri

Gah dərdli, gah məzəli

Mən yad ölkədə bir Azəri

Ətraf yeni mənzərə

Bütün yeri gəzərəm

Mən yad ölkədə bir Azəri

Bunun yox bənzəri

Gah dərdli, gah məzəli

Mən yad ölkədə bir Azəri

Ətraf yeni mənzərə

Bütün yeri gəzərəm

Mən yad ölkədə bir Azəri

Avropa, Şengen zonası, bənzər həyat forması

Sadəcə dəyərlər ayrı, dəyərlərə münasibət ayrı

Onda bizi onlardan hansı sədlər ayırır?

İnsanın həyatında hansı fərqlər səciyyəvi sayılır?

Gülər üzlər, piyadaya yol verən sürücülər

Və özlərini yeri camaata bənzətmək istəyən xaricilər

Toxunulmayan təbiət, təbiətən sakit camaat

Təhqirə yol verməyən ünsiyyət, nə deyim daha?

Bu saat deyəcəklər – "Ölkəni tərk edib xain çıxırsan"

Belə kiflənmiş düşüncəli adamlara baxırsan, nə deyəsən?

Deyəsən ki, yazıqlar olsun, ürəyim yanır?

Sizə çatmaz mən necə sevirəm Azərbaycanı!

Bura isə Fransa, inansan da, inanmasan da

Burada da ictimai nəqliyyatda böyüklərə yol vеrilir

Görənlər görür, göz dəyməsin, yandırın üzərlik

Həsəd aparır yadlara yad ölkədə bir Azəri, həri!

Bunun yox bənzəri

Gah dərdli, gah məzəli

Mən yad ölkədə bir Azəri

Ətraf yeni mənzərə

Bütün yeri gəzərəm

Mən yad ölkədə bir Azəri

Bunun yox bənzəri

Gah dərdli, gah məzəli

Mən yad ölkədə bir Azəri

Ətraf yeni mənzərə

Bütün yеri gəzərəm

Mən yad ölkədə bir Azəri

Nə dillərin bilir, nə də bilirlər dilimi

Özgə üzlər tanımırlar nə yerimi, nə elimi

Mən burada qonağam, amma sərbəstəm, mənə bəsdir

Sərbəstlik ifrata çatmasın deyə vicdanım tərsdir

Tanış olmayan küçələr, prospektlər, məhlə, dalanlar

Uzaqdır qınaqlar, dedi-qodu, uzaq yalanlar

Nə geyimə, nə keçimə görə qiymət, mədəniyyət azad

Nə saqqallı, nə uzun saç burada deyil təzad

Ailəm yanımda, qanımda Qafqaz istiliyi

Öz kəskinliyin göstərir zəmanə

Mən dəyişikliyi qəbul edirəm, mübarizə davam edir

Sıxıntı olarsa, sevgim, inadım sıxıntıya verər dağıntı

Zatını, kökünü unutma! Turist ya emiqrant olmağından

Asılı olmayaraq vətənin and yeri!

Qalanı isə - harada ailənə rahatdır, orada yuva qur

Yad ölkədə bir Azəri üçün məncə əsas budur, həri!

Bunun yox bənzəri

Gah dərdli, gah məzəli

Mən yad ölkədə bir Azəri

Ətraf yeni mənzərə

Bütün yeri gəzərəm

Mən yad ölkədə bir Azəri

Bunun yox bənzəri

Gah dərdli, gah məzəli

Mən yad ölkədə bir Azəri

Ətraf yeni mənzərə

Bütün yeri gəzərəm

Mən yad ölkədə bir Azəri

Mehr von Uran

Alle sehenlogo