menu-iconlogo
huatong
huatong
avatar

Belke açıq danışaq? (Şeir)

Cenab.lovrenhuatong
▄︻𝘾𝙚𝙣𝙖𝙗⚽️𝙇𝙤𝙫𝙧𝙚𝙣══━一huatong
Lyrics
Recordings
Bəlkə açıq danışaq ?

Hisslərinə bələdəm.

Sən də unutmamısan,

Darıxırsan hələ də.

Sənə də xatirələr,

Ümid verir arada.

Tanrıya yalvarırsan,

Yenə fürsət yarada.

Deyirsən bir dost ola,

Adam dərdin danışa.

Elə sən də yatanda,

Sarılırsan balışa.

Axı sən də gecələr,

Həsrətimdən ölürsən.

Nəsə düşür yadına,

Dəli kimi gülürsən.

Ayrılıq su deyil ki,

İçəsən bir nəfəsə.

Sən də çaşıb adımı,

Söyləmisən kiməsə.

Bu necə gedişdir ay Etibarsız?!

O mənsiz nə edər düşünmədinmi?!

Bir zaman deyirdin donaram sənsiz..

Məndən uzaqlarda üşümədinmi?!

More From Cenab.lovren

See alllogo