menu-iconlogo
huatong
huatong
avatar

Aqsin fateh-Haram olsun

Daler Mehndi, Maragadamani/Mounimahuatong
𝜨⓵᭄𓄂𝙉𝙞𝙝𝙖𝙩࿐huatong
Lyrics
Recordings
Demək hər şey yalan imiş...

Eşqin bağı talan imiş...

Mən mələk sandığım insan...

Demə əfi ilan imiş...

Bəs deyirdin ayırsa tək ayırar ölüm bizi...

De görüm nədir ayıran bəs indi sevgilim bizi...

Həkk edib yazardılar bir alacaq ismimizi...

Gizlində öpüb qucağlıyardın öz rəsmimizi...

Haram olsun haram olsun...

Sənə etdiklərim haram olsun...

Daha səndən çətin adam olsun...

Haram olsun haram olsun...

Göz yolda qulağım səsdə...

Gəlmədin ay boyu bəsdə...

Sənə verdiyim gülləri...

Qoyasan qəbrimin üstə...

Bir günahım var idisə o da tək sevmək idi...

Bu həyatda ən əziz ən dəyərli istək idi...

Necə qıydın ürəyim döndü külə yanğında...

Məni acizmi bilib atdın ayaq altında...

Haram olsun haram olsun...

Sənə etdiklərim haram olsun...

Daha səndən çətin adam olsun...

Haram olsun haram olsun...

Sevgimə qəm qataram mən...

Qəm içində bataram mən...

Bu ürək birdə sevərsə...

Kəsib onu ataram mən...

Səni dəyişməz idim çəksələrdə darə məni...

Bu sevginin önündə etdin üzü qarə məni...

O mən idim oldum eşqin ilə qurbanın...

Get görüm kim olacaq indi sənin dərmanın...

Haram olsun haram olsun...

Sənə etdiklərim haram olsun...

Daha səndən çətin adam olsun...

Haram olsun haram olsun...

Sənin hər sözünə inandım...

Səni sevdim sənə yandım...

Pozsanda sən öz andını...

Mənim pozulmadı andım...

O zaman ki sənə üstün oldu məndən qeyri...

İstiyirsən ağla diz çök daha yoxdur xeyri...

Ağlayıb yalvararaq sən geri qaytarma məni...

Səni sildim ürəyimdən daha axtarma məni...

Haram olsun haram olsun...

Sənə etdiklərim haram olsun...

Daha səndən çətin adam olsun...

Haram olsun haram olsun...

Gərəkdi sevgidə inam olsun...

Əyər yalandısa tamam olsun...

Eləsin sevginən adam olsun...

Məndən sevənlərə salam olsun...

More From Daler Mehndi, Maragadamani/Mounima

See alllogo