menu-iconlogo
huatong
huatong
avatar

🕯️🧾🕯️Unutdura Bilərsənmi?📻Şamil Ənvəroğlu

elegant_azhuatong
📻ᥫ᭡፝֟፝𝙀𝙡𝙚𝙂𝙖𝙣𝙏★SᵗᵃʳFMhuatong
Lyrics
Recordings
EleGanT_WoMaN

••••••••••••••••••••

Unutdura bilərsənmi,

yaşadığım ağrıları,acıları?

Peşmançılığı yaşatmayacaq

qədər yaxınım ola bilərsənmi?

Əridə bilərsənmi,

bu bumbuz dünyamın buz

bağlamış ümidlərini?

Hər sabahkı günümün bir yeni

sevincinə səbəb ola bilərsənmi?

Tuta bilərsənmi əllərimdən,

qorxmadan,çəkinmədən?

Hisslərimin fırtınasını yaratmağa

bir dəli rüzgar ola bilərsənmi?

Sevə bilərsənmi bu dəlini,

heç bir qarşılıq ummadan,

istəmədən?

qelbimin yanğısını söndürəcək

bir dərya eşq ola bilərsənmi?

Döyünə bilərsənmi köksümdə ÜRƏK yerinə?

Pıçıltılar...

Çırpınışlar...

Titrəyişlər...

Gecənin qaranlıq səmasında

ulduzlarla yazılmış "

SƏN MƏNİM HƏR KƏSİMSƏN"

yazısını oxuda bilərsənmi?

Yaşada bilərsənmi bir tərtemiz

sevgini, yorulmadan, bezmədən?

bu cəhənnəm dünyada nə

qədər çətin olsa da,

mənimlə bir cənnəti bölüşə bilərsənmi?

Və bütün istəkləri boş verib də,

yanımda olmağın xoşbəxtliyini

yaşada bilərsənmi?

Sevgi qoxan bir həyatın

illərinin lap sonunda,

bir-birimizə sarılaraq ən dəhşətli

ölümü də qarşılaya bilərsənmi?

Adımızı bu dünyanın bir küncünə

qazıyaraq, yaşadaraq,sevdirərək,

bir azca da hər sevenin

ürəyinə dağılaraq,

unudulmaz bir həqiqət

nağılının obrazına dönərsənmi?

Müəllif: ŞAMİL ƏNVƏROĞLU

More From elegant_az

See alllogo
🕯️🧾🕯️Unutdura Bilərsənmi?📻Şamil Ənvəroğlu by elegant_az - Lyrics & Covers