menu-iconlogo
huatong
huatong
Lyrics
Recordings
Tut əlimdən, tut, əzizim

Tut, gedək uzaqlara

Orada dəniz istidir

Sərilək dalğalara

Tut, içimdən qopar məni

Yandır, ürək alışsın

Tut, əzizim, tut, qoy bizdən

Bütün aləm danışsın

Günəş Xəzərdən çıxıbdır

Hisslərimi qızdırıbdır

Sən də yanımda olsan

Sevgi nədir, anlarsan

Leylilər, Məcnunlar xoş

Bu sevda önündə boş

Gəl, bir qal mənimlə

Eşqimlə edim sərxoş

Tut əlimdən, tut, əzizim

Tut, gedək uzaqlara

Orada dəniz istidir

Sərilək dalğalara

Tut, içimdən qopar məni

Yandır, ürək alışsın

Tut, əzizim, tut, qoy bizdən

Bütün aləm danışsın

Baxışı, baxışı, baxışı məni yandırır

Naxışı naxışıma axışıb odlandırır

Gülüşü, gülüşü, gülüşü başqa aləm

Qoşulub qaçmır mənlə bu həmdəm

Telini, telini, telini çək üzümdən

Əlini, dilini dinc tut sən özündən

Çıxma, çıxma, çıxma, deyil məqamı

Tut Elvinin əlindən, incitmə cavanı

Düşünürdüm, sevgi yoxdur

Bunu şairlər uydurdu

Amma səni görəndən

Fərziyəm unuduldu

Hökm sürür ehtiras

Kimsə məni saxlamaz

Bu ürək səninsə

Kimsəyə möhtac olmaz

Tut əlimdən, tut, əzizim

Tut, gedək uzaqlara

Orada dəniz istidir

Sərilək dalğalara

Tut, içimdən qopar məni

Yandır, ürək alışsın

Tut, əzizim, tut, qoy bizdən

Bütün aləm danışsın

Tut əlimdən, tut, əzizim

Tut, gedək uzaqlara

Orada dəniz istidir

Sərilək dalğalara

Tut, içimdən qopar məni

Yandır, ürək alışsın

Tut, əzizim, tut, qoy bizdən

Bütün aləm danışsın

More From Elvin Babazadə/Ramil Nabran

See alllogo