Sən gedəndən şərik oldum kədərə 
Dərdlərimi bölə-bölə yaşadım 
Mən bilirdim ömrüm gedir boş yerə 
Mən bunları bilə-bilə, damla-damla,gilə-gilə yaşadım! 
Sən gedəndən əsir oldum kədərə 
Dərdlərimi bölə-bölə yaşadım 
Mən bilirdim ömrüm gedir hədərə 
Mən bunları bilə-bilə, damla-damla,gilə-gilə yaşadım! 
Yaşadım bir bilsən necə? 
Yaşadım hər tənha gecə 
Saxlayıb qəlbimdə gizlicə 
Səni mən sevginlə yaşadım! 
Yaşadım bir bilsən necə? 
Yaşadım hər tənha gecə 
Saxlayıb qəlbimdə gizlicə 
Səni mən sevgimlə yaşadım! 
De, hardasan? - Yerini söylə, mən gəlim 
Yarım qalan ümidlərim, səni deyə-deyə ağlar! 
De, hardasan? - Sevgimə çatmayır əlim 
Sənsiz yaşanan illərim, ümid yollarımı bağlar! 
De, hardasan? 
Ürəyim səni çox sevdi, bilmədim! 
Bu istəyin ağrısıyla yaşadım 
Göz yaşım qəlbimə axdı, dinmədim 
Bu yaşları gilə-gilə, damla-damla, silə-silə yaşadım! 
Yaşadım bir bilsən necə? 
Yaşadım hər tənha gecə 
Saxlayıb qəlbimdə gizlicə 
Səni mən sevgimlə yaşadım! 
Yaşadım bir bilsən necə? 
Yaşadım hər tənha gecə 
Saxlayıb qəlbimdə gizlicə 
Səni mən sevgimlə yaşadım! 
De, hardasan? - Yerini söylə, mən gəlim 
Yarım qalan ümidlərim, səni deyə-deyə ağlar! 
De, hardasan? - Sevgimə çatmayır əlim 
Sənsiz yaşanan illərim, ümid yollarımı bağlar! 
De, hardasan?