menu-iconlogo
huatong
huatong
hikmt-aslanov-ayrlmarq-biz-geri-dn-sn-gnahndan-kemrm---popurri-cover-image

Ayrılmarıq Biz / Geri Dön Sən / Günahından Keçmərəm - Popurri

Hikmət Aslanovhuatong
nol_starhuatong
Lyrics
Recordings
Budur yenə, can yoldaşın yanına gəldi

Sənə solmaz eşq gülləri, çiçəklər verdi

Qızılgüllər, yasəmənlər, bənövşə, nərgiz

Gəl söz verək, heç bir zaman ayrılmayaq biz

Budur yenə, can yoldaşın yanına gəldi

Sənə solmaz eşq gülləri, çiçəklər verdi

Qızılgüllər, yasəmənlər, bənövşə, nərgiz

Gəl söz verək, heç bir zaman ayrılmayaq biz

Gəl söz verək, heç bir zaman ayrılmayaq biz

Batsa Günəş, qopsa tufan

Tutulsa Ay, dönsə zaman

Ayrı olsa bütün cahan

Ayrılmarıq, ayrılmarıq biz

Batsa Günəş, qopsa tufan

Tutulsa Ay, dönsə zaman

Ayrı olsa bütün cahan

Ayrılmarıq, ayrılmarıq biz

Ayrı olsa bütün cahan

Ayrılmarıq, ayrılmarıq biz

Can dərmanım dərdə çarə

Ömrüm, günüm təkcə sənsən

Bəs haradasan, ciyərparəm?

Geri dön sən, geri dön sən

Can dərmanım dərdə çarə

Ömrüm, günüm təkcə sənsən

Bəs haradasan, ciyərparəm?

Geri dön sən, geri dön sən

Gəzir səni, gəzir gözüm

Sənsən mənim sirrim, sözüm

Gəzir səni, gəzir gözüm

Sənsən mənim sirrim, sözüm

Sənsizliyə necə dözüm?

Geri dön sən, geri dön sən

Sənsizliyə necə dözüm?

Geri dön sən, geri dön sən

Saçlarıma düşən dənsən

Geri dön sən, geri dön sən

Bir halımı gəlib görsən

Geri dön sən, geri dön sən

Saçlarıma düşən dənsən

Geri dön sən, geri dön sən

Bir halımı gəlib görsən

Geri dön sən, geri dön sən

Gözləyirsən yolumu

Gəlib qapıdan girəm

Soruşub əhvalını

Dərdi-sərini biləm

Gözləyirsən yolumu

Gəlib qapıdan girəm

Soruşub əhvalını

Dərdi-sərini biləm

İndi məni gözləmə

Kölgəmi də izləmə

Günahından keçmərəm, a-a-a

Çox dəymisən qəlbimə

İndi məni gözləmə

Kölgəmi də izləmə

Günahından keçmərəm, a-a-a

Çox dəymisən qəlbimə

Çox dəymisən qəlbimə

Bir gün yenə geri dönsə

Məni sevib əzizləsə

Sənsiz dünyam heçmiş desə

İnanımmı, inanımmı?

Bir gün yenə geri dönsə

Məni sevib əzizləsə

Sənsiz dünyam heçmiş desə

İnanımmı, inanımmı?

Sənsən Günüm, Ayım desə

Sənsən çeşməm, çayım desə

Sənsən sevgi payım desə

İnanımmı, inanımmı?

Bu röyadan oyanımmı?

Gəlmədi yarım, danımmı?

Bu röyadan oyanımmı?

Gəlmədi yarım, danımmı?

Yalanına aldanımmı?

İnanımmı, inanımmı?

Yalanına aldanımmı?

İnanımmı, inanımmı?

Hər nazıma dözə bilsə

Mənimlə göz-gözə gəlsə

Vədəsi boş söz deyilsə

İnanımmı, inanımmı?

Hər nazıma dözə bilsə

Mənimlə göz-gözə gəlsə

Vədəsi boş söz deyilsə

İnanımmı, inanımmı?

Sənsən Günüm, Ayım desə

Sənsən çeşməm, çayım desə

Sənsən sevgi payım desə

İnanımmı, inanımmı?

Bu röyadan oyanımmı?

Gəlmədi yarım, danımmı?

Bu röyadan oyanımmı?

Gəlmədi yarım, danımmı?

Yalanına aldanımmı?

İnanımmı, inanımmı?

Yalanına aldanımmı?

İnanımmı, inanımmı?

More From Hikmət Aslanov

See alllogo