Bil ki, hər kəs üçün dostluq deyil asan
Can dostum, sirdaşım, daim yanımdasan
Çətin günlər olsa əgər, darıxma
Gələrəm yanına, bilsəm ki, dardasan
Dostum, həyat bir gün sevinc, bir gün kədər
Dünya budur: Kimlər gələr, kimlər gedər
Olmaz mənə dostluq edən sənin qədər
Mənim dostum, canım dostum
Dostum, günlər, aylar, illər keçər yenə
Yalançılar hər gün "dostum" deyər mənə
Dünyada nə yaxşı sən varsan bir dənə!
Mənim dostum, canım dostum
Yaxşı günlərin dostu lap çoxdur, inan
Amma sənsən hər halınla mənə yanan
Daim üzün gülsün, gülsün, əziz insan
Sənin dərdin mənim dərdimdir hər zaman
Dostum, həyat bir gün sevinc, bir gün kədər
Dünya budur: Kimlər gələr, kimlər gedər
Olmaz mənə dostluq edən sənin qədər
Mənim dostum, canım dostum
Dostum, günlər, aylar, illər keçər yenə
Yalançılar hər gün "dostum" deyər mənə
Dünyada nə yaxşı sən varsan bir dənə!
Mənim dostum, canım dostum
Dostum, həyat bir gün sevinc, bir gün kədər
Dünya budur: Kimlər gələr, kimlər gedər
Olmaz mənə dostluq edən sənin qədər
Mənim dostum, canım dostum
Dostum, günlər, aylar, illər keçər yenə
Yalançılar hər gün "dostum" deyər mənə
Dünyada nə yaxşı sən varsan bir dənə!
Mənim dostum, can dostum
(Dostum...)
(Dostum...)