menu-iconlogo
huatong
huatong
rast-kaki-mn-dniz-olaydm-cover-image

Kaşki Mən Dəniz Olaydım

Rasthuatong
heinohayslhuatong
Lyrics
Recordings
Kaş ki mən dəniz olaydım

Sahilə sadiq qalaydım

Kaş ki mən dəniz olaydım

Sahilə sadiq qalaydım

Nəfəsdən oyanıb gecədən utandım Günəş kimi

Gördüm gözlərində mən səndən çəkinən öz əksimi

Bəlkə də, ömründə məni son dəfə sevirsən

Birgə biz gəldiyimiz yolları, bil, tənha dönəcəksən

Amma yuxuna gələcəyəm

Gözlərindən öpəcəyəm

Ayrılıqsa şirin olur vüsaldan

Sanma dinləyərək yalnız mən səni

Sevərəm mən özgəsini geniş dünyada

Kaş ki mən dəniz olaydım

Dalğaları dəli

Sahilə sadiq qalaydım

Yuxulu payız olaydım

Ya sapsarı xəzəl

Səssiz, yuxusuz sussaydım

Kaş ki mən dəniz olaydım

Dalğaları dəli

Sahilə sadiq qalaydı

Uzun, yorğun yollar kimi

Görmür gözlərim səni

Eşitmədin bu nəğməmi

Sevgidən usanıb xəyala qovuşan ömür qədər

Duydum, tənhalıqda mən sənsiz çəkərmiş ürək nələr

Bəlkə də, ömrümdə səni ilk dəfə sevirəm

Birgə biz gəldiyimiz yolları, bil, tənha dönəcəksən

Sanma, sevdanı çəkəcəyəm

Vüsalına dözəcəyəm

Xəyalınsa geri dönür yuxudan

Sanma, dinləyərək yalnız mən səni

Sevərəm mən özgəsini geniş dünyada

Kaş ki mən dəniz olaydım

Dalğaları dəli

Sahilə sadiq qalaydım

Yuxulu payız olaydım

Ya sapsarı xəzəl

Səssiz, yuxusuz sussaydım

Kaş ki mən dəniz olaydım

Dalğaları dəli

Sahilə sadiq qalaydım

Uzun, yorğun yollar kimi

Görmür gözlərim səni

Eşitmədin bu nəğməmi

Kaş ki mən dəniz olaydım

Sahilə sadiq qalaydım

Kaş ki, mən dəniz olaydım

Sahilə sadiq qalaydım

Kaş ki mən dəniz olaydım

Dalğaları dəli

Sahilə sadiq qalaydım

Yuxulu payız olaydım

Ya sapsarı xəzəl

Səssiz, yuxusuz sussaydım

Kaş ki mən dəniz olaydım

Dalğaları dəli

Sahilə sadiq qalaydım

Yuxulu payız olaydım

Ya sapsarı xəzəl

Səssiz, yuxusuz sussaydım

More From Rast

See alllogo