Gözlərin aldı məni,
Kəməndə saldı məni.
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.
Amandır, qoymayın,
Yar gözdən saldı məni.
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl
Qurban axan gözünə,
Nazla baxan gözünə, yar.
Qurban axan gözünə,
Nazla baxan gözünə, yar
Yenə sürmə çəkibsən
Evlər yıxan gözünə, yar,
Getmə, getmə, gəl.
Gözlərin məsti nədir?
Elə bil qəsdimədir.
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.
Yar məni incitməkdən
Bilmirəm qəsdi nədir?
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.
Qurban axan gözünə,
Nazla baxan gözünə, yar.
Qurban axan gözünə,
Nazla baxan gözünə, yar
Yenə sürmə çəkibsən
Evlər yıxan gözünə, yar,
Getmə, getmə, gəl.
3.
Sənin ala gözlərin,
Canım ala gözlərin,
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.
Qorxuram birdən öləm,
Yad`a qala gözlərin.
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.
Qurban axan gözünə,
Nazla baxan gözünə, yar.
Qurban axan gözünə,
Nazla baxan gözünə, yar
Yenə sürmə çəkibsən
Evlər yıxan gözünə, yar,
Getmə, getmə, gəl.
Yenə sürmə çəkibsən
Evlər yıxan gözünə, yar,
Getmə, getmə, gəl.