menu-iconlogo
huatong
huatong
avatar

Füzuli Kantatası

Şövkət Ələkbərovahuatong
sookie01huatong
Lyrics
Recordings
Məni candan usandırdı, cəfadan yar usanmazmı, usanmazmı?

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı

Muradım şəmi yanmazmı?

Fələklər yandı ahimdən

Muradım şəmi yanmaz, şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan

Neçün qılmaz mənə dərman, məni bimarı sanmazmı?

Qəmim pünhan tutardım mən, qəmim pünhan tutardım mən

Dedilər yarə qıl rövşən, desəm, ol bivəfa, bilməm

İnanırmı, inanmazmı?

İnanırmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım

Oyadar xəlqi əfğanım, qara baxtım oyanmazmı?

Oyadar xəlqi əfğanım, qara baxtım oyanmazmı?

Güli-rüxsarına qarşı gözümdən qanlı axar, qanlı axar su

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı

Axar sular bulanmazmı?

Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı, bulanmazmı?

Deyildim mən sənə mail, sən etdin əqlimi zail

Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rindu şeydadır, Füzuli rindu şeydadır

Həmişə xəlqə rüsvadır

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

Bu sevdadan usanmazmı?

Sorun kim, bu nə sevdadır, nə sevdadır

Bu sevdadan usanmazmı?

More From Şövkət Ələkbərova

See alllogo