Arazam, Kürə bəndəm
Bülbüləm, gülə bəndəm
Dindirməyin, qəmliyəm
Bir şirin dilə bəndəm
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə, ey
Bu gələn haralıdır?
Dağların maralıdır
Əyil, üzündən öpüm
Ürəyim yaralıdır
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!
Mən əziziyəm, zirəsən
Zəfəransan, zirəsən
O günə qurban demişəm
Sən qapıdan girəsən
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə, ey
Qarabağın düzü var
Düzlərində quzu var
İki könül bir olsa
Kimin ona sözü var
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə!
Qoy gülüm gəlsin, ay nənə!
Qoy yarım gəlsin, ay nənə!
Qapıda duran oğlana
İrəhmin gəlsin, nənə, hey!