menu-iconlogo
huatong
huatong
avatar

Həyat Yoldaşım

Xatirə İslamhuatong
awrooo123huatong
Lyrics
Recordings
Səninlə ilk rastlaşanda hər tərəf

Sanki sirli bir aləmə büründü

Günəş mənim ürəyimdə parladı

Ulduzlar sənin gözündə göründə

O gündən sən oldun aldığım nəfəs

O gündən hər şeyin ətri dəyişdi

Səndən özgə bir düşüncəm olmadı

Nəyim vardı səndən ötrü dəyişdi

Səninlə döyünən qəlbimin

Nə yaxşı ki, gəlib döydün qapısın

Gəl, tutaq biz əl-ələ, ataq ömrün imzasın

Gəl, olaq bir ailə, sevgi tapar mənasın

Qəlb səni sevib elə, göz görərmi başqasın?

Bir nağıl dolu həyat, qoy, bu gün də başlasın

Hisslərimiz aşıb-daşsın hər zaman

Döyünsün iki bədəndə bir ürək

Ömür yollarında bir addımlayaq

Sevincdən ağlayaq, sevincdən gülək

Gəl, səninlə yorulmadan rəqs edək

Ömrün ən gözəl anında bax mənə

Gəl, bu gündən olum həyat yoldaşın

Bu sevgin azalmasın heç vaxt mənə

Səninlə döyünən qəlbimin

Nə yaxşı ki, gəlib döydün qapısın

Gəl, tutaq biz əl-ələ, ataq ömrün imzasın

Gəl, olaq bir ailə, sevgi tapar mənasın

Qəlb səni sevib elə, göz görərmi başqasın?

Bir nağıl dolu həyat, qoy, bu gün də başlasın

Səninlə döyünən qəlbimin

Nə yaxşı ki, gəlib döydün qapısın

Gəl, tutaq biz əl-ələ, ataq ömrün imzasın

Gəl, olaq bir ailə, sevgi tapar mənasın

Qəlb səni sevib elə, göz görərmi başqasın?

Bir nağıl dolu həyat, qoy, bu gün də başlasın

More From Xatirə İslam

See alllogo