menu-iconlogo
huatong
huatong
avatar

Məni Xatırla

Orkhan Zeynallihuatong
ml124ahuatong
Letras
Grabaciones
Baxiram kənardan, öz ad gününü qeyd edən Orxana, asta

Asta baxıram ki, tanımasın

Birdən tanıyar, qorxar

Necə saf çizgilərin var imiş

Niyə belə dəyişdin, Orxan?

Yenə 13 yaşındayam

İyunun sonu, mərkəzi univermaq

Dostumuza hədiyyə seçirik

Bu qədər dost, Bu qədər doğma

Bu qədər şən, zaraftcıl, dosta görə

Can yandıran oğlan

Hara getdi bu qardaşlıqlar, niyə belə dəyişdin, Orxan?

Yenə 15 yaşındayam, məktəbin damında, səhərə yaxın

İllər keçəcək, amma bir də olmayacam Allaha bu qədər yaxın

20 yaşındayam, gözlərim yol çəkir

İnanıram, çox sevənim var

Çoxunun ürəyinin içindəyəm, niyə belə dəyişdin, Orxan?

Bu gün 30 yaşındayam, heç dəyişməmişəm əslində

Bu soyuq körpüdə, həyat hönkürər, həyat bəhs edər, ölümün əksinə

Bir daha düşünüm, dərin nəfəs alım, bir daha bərk durum

Əlimdə son damla cəsarət və ilk vida məktubu

Məni xatırla, mahnılarım silinməsin qoy yaddaşından

Məni xatırla, istəməzdim bəlkə bu qədər erkən daş olmaq

Bu qədər günahı kim dedi, bir "bağışla" silər?

Məzarıma qoyduğun dodaq boyasını, bir payız günü yağışlar silər

Məni xatırla, mahnılarım silinməsin qoy yaddaşından

Məni xatırla, istəməzdim bəlkə bu qədər erkən daş olmaq

Bu qədər günahı kim dedi, bir "bağışla" silər?

Məzarıma qoyduğun dodaq boyasını, bir payız günü yağışlar silər

Más De Orkhan Zeynalli

Ver todologo
Məni Xatırla de Orkhan Zeynalli - Letras y Covers