menu-iconlogo
huatong
huatong
orkhan-zeynalli-sonuncu-liliya-cover-image

Sonuncu Liliya

Orkhan Zeynallihuatong
loverko1huatong
Letras
Grabaciones
16cı mərtəbədən baxırsan saraya

mən isə sənin gözlərində görürəm saraylar

ərköyün şəhzadə, fikir vermirsən haraya

məni bu hisslər görən sonda aparacaq haraya

deyirlər sevgi səhər dumanı kimidi, sıx və tez itən

mən də çıxacam bir gün cümləndəki mötərizədən

sahildəsənsə dəniz artıq maraqsızdı

cənnətdəsənsə mənə həyat maraqsızdı

o güllər solacaq, atılacaq

xoş sözlər bir gün unudulacaq

Gecə gələcək yenə günəş yatacaq

amma ki nəğməm qalacaq əbədi yaddaşda

sözlər deyilib artıq, mənə susmaq qalır

əlindən tutsam belə ürəyin uzaq qalır

ağlında mən olum qoy, yadında mən qalım qoy

çılğın notlarla saf ürəyivi mən alım qoy

yenə təxirə salınır səfərlər

yeni doğmalar köhnə şəhərdə

yenə qələmim yaradır dənizlər

buruq saçına burulanda sətirlər

uçmaq istəsən tut əlimnən

gülüşün görünür gözlərindən

səbəbin soruşma heç nəyin məndən

sənə atdığım ilk addım bu nəğmə

2-cimənim vicdanımda çox göz yaşı var bilirəm

xoşbəxtliyi qənaətsiz xərcləmişəm bilirəm

belə bir hədiyyəyə layiq deyiləm bilirəm

amma ki möcüzələrə inanmağa haqqım var

yalanın ən çox deyildiyi gündə sən doğuldun

əlçatmaz arzular tək həyatımda quruldun

və əgər dağılsa dünya hər tərəf viran olsa

razıyam sənlə xoşbəxtliyim hətta bir an olsa

yenə də nəğmələrdə ümidsiz sətirlərdi

sevgilər birtərəfli görüşlər qətillərdi

və bir görüş həyatımnan günləri məhv etdikcə

səni unudulmaz edən cəmi bir dəfə görməyimdi

sualtı dünyada nağıl sən orda şəhzadə

həyatım olsun yalan nağıl təki sən şəhzadə

güzgüyə bax mələy olduğunu sal arabir yada

sənə son toxunuşum oldu sonuncu liliyada

yenə təxirə salınır səfərlər

yeni doğmalar köhnə şəhərdə

yenə qələmim yaradır dənizlər

buruq saçına burulanda sətirlər

uçmaq istəsən tut əlimnən

gülüşün görünür gözlərindən

səbəbin soruşma heç nəyin məndən

sənə atdığım son addım bu nəğmə

Más De Orkhan Zeynalli

Ver todologo