Bu sözləri anlamağa başlayanda
Yəqin ki yadına da düşməyəcək
Necə balaca idin
10 ayında ilk addımlarını atanda
Mən səndən kilometrlərlə uzaqda idim
Tut mənim əlimdən
Sən mənim ulduzum
Günəşin parçası
Mənim gözəl qızım
Gözümün qabağında ötür anlar böyüyürsən
Bu dünyanın sevincisən özü də böyüyündən
Sən həm ən kiçiyimsən həm də ən böyüyümsən
Nədi ixtiyarım ki çıxım sənin bir sözündən
Nə qədər çətin olsa da gecələr oyanmaq
Çox xoşdur yatarken başın üstə dayanmaq
Bu çox çətin peşədir valideyn statusu
Və bunu olmur sadəcə qazanmaq
Qızım bax ağlama götür bu oyuncağı
Bax o qırmızını ya da gələ bu ağı
Mama gəlir tez gəl qaçaq gizlənək
Vay vay vay nə günə saldıq biz bu otağı
Sənin hər addımını səninlə bərabər biz də atırıq
Dayanırıq əl çalıb alqışlıyırıq
İnanılmaz və izah edilməz hislərdi
Çox xoşbəxtik ki biz bir dünyada yaşayırıq
Tut mənim əlimdən
Sən mənim ulduzum
Günəşin parçası
Mənim gözəl qızım
Tut mənim əlimdən
Sən mənim ulduzum
Günəşin parçası
Mənim gözəl qızım
İnsanlar sevir qaçmağı olduğu zamandan
Ya önə ya da geri bilmirəm bu nə adət
Mən də geri çönüb baxanda görürəm Necə səninlə doldu ömrümə səadət
Nə hacət sözlərə əgər danışırsa hislər
Bu həyatda 2 cür insan var yaxşılar və pislər
Onları tanımaq üçün sənə lazım olacaq bil ki
İnsan qəlbinin aynası sayılan gözlər
Çətindir ayaq üstə dayanmaq bunu mən yaşamışam bir neçə dəfə yıxılaraq
Əsas odur gərək elə yaşayasan ki
Sonra danışmayasan həyatını sıxılaraq
Görürsən mən də qabağa qaçıram indi
Səninlə böyüklə danışan kimi danışaraq
Adının çəkilməyi belə gətirir təbəssüm
İzah edilməz hisdi səninlə bir dünyada yaşamaq
Tut mənim əlimdən
Sən mənim ulduzum
Günəşin parçası
Mənim gözəl qızım
Tut mənim əlimdən
Sən mənim ulduzum
Günəşin parçası
Tut mənim əlimdən
Sən mənim ulduzum
Günəşin parçası
Mənim gözəl qızım
Tut mənim əlimdən
Sən mənim ulduzum
Günəşin parçası
Mənim gözəl qızım