[Nəqərat]
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim

[PRoMete]
Hər gün daha çox tarıma çəkilir həyat bağlarım
Çətinə düşməmiş görünmür heç kimin iç üzü
Və daha çox dəyərə minir keçmiş çağlarım
Tanıyıram, insanların iki üzü var, dövranınsa var üç üzü
Çoxdan qar götürüb üstünü güvənilən dağların
Görən hər kəs yumub gözün
[Amina]
Mən sənə qəmxan ikən sən həmdəm oldun özgəyə
Bel büküldü, üz qırışdı, sal nəzər hər cizgiyə
Turi ömrüm keçdi hicranında, baxdım güzgüyə
Gəncliyimdən bir əlamət görmədim ki, görmədim
[Nəqərat]
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə səadət görmədim ki, görmədim
[PRoMete]
(Axtardım) –
tapa bilmədim, ona görə qapandım içimə mən
(Öyrəndim) –
kəşf etdim özümü, illər boyu bələdəm gücümə mən,
Dərs oldu –
Hər səhvim, ödədim zamanla əvəzini, gücləndim
(Bəs oldu)
– deyəcək qədər səhv etdim, hazıram hücuma mən
[Amina]
Eşqimi qəlbimdə bilməzdim qərib eylər fələk
Hər nə qədri aşinalar var, rəqib eylər fələk
Çox ümid etdim ki, xoş günlər nəsib eylər fələk
Gözlədim saət-bə-saət, görmədim ki, görmədim
[Nəqərat]
Mən bu dünyada ədalət görmədim ki, görmədim
Dözdüm hər zülmə, səadət görmədim ki, görmədim