menu-iconlogo
logo

Yad Birisi

logo
Letras
Mən sevmirəm bu gecəni

Səni əbədi dərd elədi

Onsuz həyatım heçədir

Mən bilmirəm nə necədir?

Sənsizlik deyil asan

Gözləyirəm mən qapıda

Bəlkə yenə qayıdasan?

Ağrıdır canımı, necə edək?

Bu yara, inanma, keçə, gedə

Hələ də mən bunu anlamıram

Sevilən axı, de, necə gedər?

Səninlə xatirələr yalan

Başımı götürüb, gedim hara?

Bilirəm çarəsi yox, həyatı

Yaşayım özümü unudaraq

Gəl qucaqla, itirək sənlə izi

Ayrılıq qapıdadır, əzizim

Getsin, gəlməsin yaxın

Ölərəm, əgər ki, ayırsa zorla bizi

Bir daha qorxuya vermə izin

Axı mən bu sevginin dəlisi!

Onsuz, mən özümdə deyiləm

Gəl olma qəlbimə yad birisi!

Demirəm, edirəm düz

Artıq anlamıram kim səhv, ya da düz

O gəlir ürəyimə, toxunur beynim, qarışır eşidib hər cürə söz

Dolanır o həyatıma gəlib elə ara - sıra

Başa düşərəm onu, olsa dürüst

Amma gedir ürəyimə toxunub yenə

Beynim qarışıq, yox səs, nə də söz

Ağrıdır canımı, necə edək?

Bu yara, inanma, keçə, gedə

Hələ də mən bunu anlamıram

Sevilən axı, de, necə gedər?

Səninlə xatirələr yalan

Başımı götürüb, gedim hara?

Bilirəm çarəsi yox, həyatı

Yaşayım özümü unudaraq

Gəl qucaqla, itirək sənlə izi

Ayrılıq qapıdadır, əzizim

Getsin, gəlməsin yaxın

Ölərəm, əgər ki, ayırsa zorla bizi

Bir daha qorxuya vermə izin

Axı mən bu sevginin dəlisi!

Onsuz, mən özümdə deyiləm

Gəl olma qəlbimə yad birisi!

Yad Birisi de Rizo - Letras y Covers