menu-iconlogo
huatong
huatong
uran-sad-qz-iii-cover-image

Sadə Qız III

Uranhuatong
palafrugellhuatong
Letras
Grabaciones
Xəyalında dönəndə qadın uşaqlıq illərinə

Yada salanda yeniyetməlik cizgilərini

Balaca otaqda böyük dünya haqda planları

Həmin otaqda "öldülər" məhv edib qalanların

Hər dəfə çalışır sinfini xatırlasın

Yox mənası - məktəb üzü görməyən qızı

Tez ərə verməyi düşünmüşdür atası

Çünki yeni qudanın pulunu kəsməzdi baltası

Evin darvazası önündə kənd küçəsi

Torpağa batmış daşlar, arx, toyuq-cücəsi

Əyri-üyrü çəpər, sanki saçlar darağında

Keçən məktəblilərə baxardı yol qırağında

On altı yaşı tamam olanda ona verdilər xəbəri

Sən demə, elçi göndərib ər olmaq istəyən biri

Razılıq verilib

Onda bilmirdi ki, ata

Hər şeyi öncədən bilib onu göndərib əməliyyata

Həyat bunlardan gözəldir

Zaman hər şeyi düzəldir

Yaranı sarı işığa sarı

Ağrıları qov, izləri qalır

Həyat bunlardan gözəldir

Zaman hər şeyi düzəldir

Yaranı sarı işığa sarı

Ağrıları qov, izləri qalır

Unutmaq istədiyi gün

Həyatı, cinsini, gücsüzlüyünü pislədiyi gün

Zəiflik hiss elədiyi gün

O axşam ana qalırdı qohum evində

Və o gün atanın etdiyi iz buraxdı dərində

"Ata nə edirsən, axı bu mənəm, sənin qızın!"

Daha heç nə söyləmədi, çün yumuldu ağzı

Sonra kişi getdi, qız səhərə kimi titrədi

Balaca otağında dəfn olunmaq, basdırılmaq istədi

Anası bilsə də, susdu

Ana bilməməzliyi

Ata qorxusundan heç kəs pozmurdu səssizliyi

Bir gün səhər anası onu durğuzdu tezdən

Həkimlə görüşməli, olmalıdırlar mərkəzdə

Həkimə gələndə bilmişdi qız bunların mənasın

Atası istəmişdi qızın bakirəliyinin bərpasın

"Niyəsi" elçi göndərən yeni "yiyəsi"

İlk dəfə toy günü görəcəyi oğlana ərə gedəsi qız

Həyat bunlardan gözəldir

Zaman hər şeyi düzəldir

Yaranı sarı işığa sarı

Ağrıları qov, izləri qalır

Həyat bunlardan gözəldir

Zaman hər şeyi düzəldir

Yaranı sarı işığa sarı

Ağrıları qov, izləri qalır

Bilirdi gəlin getdiyi evə fəhlə, kölədir

Ana, xala, bibi üçün belə olubsa, bu belədir

"Süpürgə olmalı" xalq dili ilə desək

Qayınana burnuna toz, ayağına dəyməsin kəsək

Bu günə kimi tanımadığının dözməli kaprizinə

Vərdiş olmalı gecə içkili dönüşə, sürprizinə

Əmr, göstəriş, tələblərə qulluq qonaq gələnlərə

İradlar - ona "savadsız" deyib danışırdılar savaddan

Bir gün sabahdan hay düşdü evə

"Doqquz aydır qalmır hamilə, saxlayırlar nə naminə?"

Yeni "ailəsi" üçün lazımsız əşyaya çöndü

Sonra bildi - o gün azad olduğu gündür

Dönmədi ata evinə, xalaqızı qalırdı paytaxtda

O hər şeyi yığıb çıxır yola

Elə o vaxtdan

Qadın ancaq xəyallarında dönür bura

Qəfəsdən qurtulan bir daha qayıtmaz dəmir tora

Həyat, doğrudan, gözəldir

Zaman hər şeyi düzəldir

Yaranı sarı işığa sarı

Ağrıları qov, izləri qalır

Zorakılığa təslim olma

Zorakılığa səssiz durma

Yaranı sarı işığa sarı

Özünə inam işin açarı

Más De Uran

Ver todologo