Sənin gözlərindən keçən ömrümün
Gümanı da sənsən, gərəyi də sən
Mənim məhəbbətlə dolu qəlbimin
İstəyi də sənsən, diləyi də sən
Günəşi olmusan al səhərimin
Qənimi olmusan hər kədərimin
Səndən ilham alan nəğmələrimin
Həyatı da sənsən, ürəyi də sən
Yolumda işıqdır nurlu gözlərin
Səpilə üstümə ağ nərgizlərin
Bu əlvan bağların, yaşıl düzlərin
Qönçəsi də sənsən, çiçəyi də sən
Günəşi olmusan al səhərimin
Qənimi olmusan hər kədərimin
Səndən ilham alan nəğmələrimin
Həyatı da sənsən, ürəyi də sən