menu-iconlogo
huatong
huatong
hikmt-aslanov-olarsanm-cover-image

Olarsanmı

Hikmət Aslanovhuatong
newfiedjhhuatong
Paroles
Enregistrements
Mən əriyən bir şəm olsam

De, pərvanəm olarsanmı?

Əgər mən bir bağban olsam

Qızılgülüm olarsanmı?

Mənim yarım olarsanmı?

Qızılgülüm olarsanmı?

Mənim yarım olarsanmı?

Mən quru bir səhra olsam

Dönüb çeşmə olarsanmı?

Yanıb-yanıb alovlansam

Axıb qəlbə dolarsanmı?

Mənim yarım olarsanmı?

Axıb qəlbə dolarsanmı?

Mənim yarım olarsanmı?

Yollarımı duman alsa

Tufan qopsa, boran olsa

Yollarımı duman alsa

Tufan qopsa, boran olsa

Ümid bircə sənə qalsa, sənə qalsa

Son ümidim olarsanmı?

Mənim yarım olarsanmı?

Güman yerim olarsanmı?

Mənim yarım olarsanmı?

Ömür keçsə belə hər an

Hər nə desən, deyərəm can

Elə özüm ollam sənə qurban

Candan ayrı qalarsanmı?

Mənim yarım olarsanmı?

Axıb qəlbə dolarsanmı?

Mənim yarım olarsanmı?

Davantage de Hikmət Aslanov

Voir toutlogo