O+ Sən hardan biləsən darıxmaq nədir?
Hardan biləsən ki darıxan solur?
Sən hardan biləsən darıxmaq nədir?
Darıxan adamın “Ürəyi” olur.
Q- Menmi bilmirem, darıxmaq nedir?...
Gül kimi soluram, xeberin yoxdur
Üreyimi sene verdim ezizim
Düz deyirsen daha "Üreyim" yoxdur...
O+ Sən hardan biləsən darıxmaq nədir?
Bəlkə də bilərsən, amma ki çox gec.
Deyirlər üzündən xoşbəxtlik yağır,
Nəsə darıxana bənzəmirsən heç
Q- Menmi bilmirem ,Darıxmaq nedir?...
Eh....hardan bilesen darıxdığımı...
Sen menim kimi heç, darıxma esla,
Bilme heç çaresiz , karıxdığımı....
O+ Sən hardan biləsən darıxmaq nədir
Darıxmaq, ağlaya bilməmək imiş.
Kədəri gizlədib gülüşlərində,
Bir dəfə ürəkdən gülməmək imiş.
Q- Menmi bilmirem, darıxmaq nedir?..
Darıxmaq uzağa dalmaq demekdir
Delice sevmesen darıxmazsanki...
Darıxmaq elacsız qalmaq demekdir...
O+ Sən hardan biləsən darıxmaq nədir?
Ürəkdən sevərsən, bilərsən onda.
Səndən soruşmuram “Darıxırsanmı?”
Sən heç sevdinmi ki darıxasan da?!
Q- Menmi bilmirem, darıxmaq nedir?...
"Üreyim" yox daha , ruhla sevirem
Ayağım qaçsada, ruhum yanında
Seninle doludur , çox özleyirem...(
O+ Sən hardan biləsən darıxmaq nədir?
Darıxmaq ürəyi sıxılmaq demək.
Sevdiyin adamı xəyal eləyib,
Qaranlıq otaqda tək qalmaq demək.
Q- Menmi bilmirem, darıxmaq nedir?...
Darıxmaq yuxunu unutmaq demek
Geceler yuxusuz sabaha qeder
Allahdan ebedi yuxu dilemek..
O+ Darıxmaq sükutdu, sükutda susmaq
Heç yerdə rahatlıq tapa bilməmək.
Sən hardan biləsən darıxmaq nədir?
Bilməkçün ürəkdən sevəsən gərək.
Q- Darıxmaq tenhalıq, darıxmaq keder
Çaresiz qismete dözüb izlemek...
Men yaxşı bilirem, darıxmaq nedir...
Sebirle, ümüdle "Yene " gözlemek....