menu-iconlogo
huatong
huatong
Lirik
Rekaman
Səhərə nə qalir?

Ulduzlar sönür

Səhərin yollari gecədən keçir

Üfüqdə bir solğun şəfəq görünür

Bu da bir qəribə gecədir, keçir

Bir gecə səninlə çəkildik bağa

Bağ yazıq nə desin sevən qonağa?

Gördünmü ay necə baxır ocağa?

Elə bil alovdan nur çəkir, keçir

Gecələ bu iliq gecəni məndə

Yada sal olanı, keçəni məndə

Gecələ hər gecə gecəni məndə

Deyirsən gedirəm, gecədir, gecdir

Bir gecə səninlə çəkildik bağa

Bağ yazıq nə desin sevən qonağa?

Gördünmü ay necə baxır ocağa?

Elə bil alovdan nur çəkir, keçir

Bağa gəlim, gecələ gecəni məndə

Gizlətmə olanı, keçəni məndən

Səni ayrı salan gecəmi məndən?

Onun nə günahı?

Gecədir, keçir

Bir gecə səninlə çəkildik bağa

Bağ yazıq nə desin sevən qonağa?

Gördünmü ay necə baxır ocağa?

Elə bil alovdan nur çəkir, keçir

Selengkapnya dari Eldar Mansurov/Çinarə Məlikzadə

Lihat semualogo