EleGanT_WoMaN
••••••••••1️⃣••••••••••
Sən ey ürəyimin tək sirdaşı
Söylə, haradasan?
Gözləyirəm yenə gözüyaşlı
Haralardasan?
Sən ey ürəyimin tək sirdaşı
Söylə, haradasan?
Gözləyirəm yenə gözüyaşlı
Haralardasan?
Söylə nədir, nədir mənim, mənim günahım?
Söylə nədir, nədir mənim, mənim günahım?
İki dünya bir olsa da, sənsən pənahım
Sən küsmə gəl, ey əziz yarım
Ey ilk baharım
Ayrılığa dözməz, inan
Bu yazıq canım
Sən küsmə gəl, ey əziz yarım
Ey ilk baharım
Ayrılığa dözməz, inan
Bu sevən canım
( ŞEİR) Küsmə, gəl barışaq, incitmə məni!
Bağışla bu yazıq, aşiq bəndəni!
Mənim günahımsa qısqanmaq səni?
Sən də günah ele keç günahımdan!
Bilirəm, sözümdən yaman incidin!
Bəlkə də aldadır məni gözlərin!
Allah da inciyər, əfv etməz yəqin!
Əgər sən əfv edib, bağışlamasan!
Unut dediyimi, unut, nə olar!?
Məni də hərdənbir dəlilik tutar!
Əlimdə əlinin xatirəsi var,
Görsən ürəyimi barışacaqsan!(Orxan Bahadırsoy)
•••••••••••2️⃣••••••••••••
Gecədən sabaha səni anır
Xəyalım mənim
Səni də mənimtək oda yaxır
Bu halım mənim
Gecədən sabaha səni anır
Xəyalım mənim
Səni də mənimtək oda yaxır
Bu halım mənim
Gözləməkdən könül evim talan oldu Gəl
Gözləməkdən könül evim talan oldu Gəl
Xəzan görməz ürəyimi xəzan aldı Gəl
Sən küsmə gəl, ey əziz yarım
Ey ilk baharım
Ayrılığa dözməz, inan
Bu yazıq canım
Sən küsmə gəl, ey əziz yarım
Ey ilk baharım
Ayrılığa dözməz, inan
Bu sevən canım
(Şeir )Sən küsmə gəl, ey əziz yarım
Ey ilk baharım
Ayrılığa dözməz, inan
Bu yazıq canım
Bu yazıq canım
Bu sevən canım