menu-iconlogo
huatong
huatong
avatar

Sayıram

Hisshuatong
nancy.knighthuatong
Lirik
Rekaman
Sabahları gözləmirəm artıq

Ona görə qayıdıram dünənimə

Bura qədər gəlib sonra qaldıq

Bəs eliyər bu qədəri ürəyimə

Mən edirəm həyatıma davam

Atıram beynimdən onu nə yadıma salar axı

Gətirmədim ömür boyu mən adıma yalan

Deyiləm mən yanında yalan, yenə həyatıma salan

Keçirəm gəzdiyimiz küçədən

Əslində dözülməzdir necə də

Xəyalımda gəzdiyimiz gecələri xatırladım

Necə gəlib gecə saat neçədə

Çalışıram unudum, xatirələr boğazımı qurudur

Düşünməzdi ki, bu yolun sonu bu

Bura qədər bəsdir, daha yoruldum

Sayıram gedib ən dərinə, bizi ayıran ötən günləri mən

Sayıram bil özümü dəli mən

Özüm öz üzərimə götürürəm məni mən

Sayıram olan səhvləri, günah dəftəri dolu toz rəfləri

Sayıram sona qədər davam edib

Sonra geriyə də bəlkə bunlar bir də xoşbəxt məni

Aparır hara məni, xəyallar çökür içimə elə bil qara dəlik

Sanki əlimdədir bax ürəyim yara mənim

Bilmirəm önümdə ya gözümün önünə gəlir

Elə bil hər şey yalan, sən tək doğrusan

Bu gün bütün doğrularım itib, tək oldu sağ

Düşün məni, bir də bu sevginin tək tonu say

Amma görünməzəm, çünki heyif rəng korusan sən

Hiss dünyaya hissin açır

Necə böyük sevgidir qoyub izinlə çağır

Eşq mənə görə necə yağışlı havadakı

Pəncərə önündə bir fincan çay kimi

Amma çalışıram unudum, xatirələr boğazımı qurudur

Düşünməzdi ki, bu yolun sonu bu

Bura qədər bəsdir daha yoruldum

Sayıram gedib ən dərinə, bizi ayıran ötən günləri mən

Sayıram bil özümü dəli mən

Özüm öz üzərimə götürürəm məni mən

Sayıram olan səhvləri, günah dəftəri dolu toz rəfləri

Sayıram sona qədər davam edib

Sonra geriyə də bəlkə bunlar bir də xoşbəxt məni

Selengkapnya dari Hiss

Lihat semualogo