Əllərin əlimə dəymir nə vaxtdır
Elə bil qanadı sınmış bir quşam.
Əllərin əlimə dəymir nə vaxtdır
Elə bil qanadı sınmış bir quşam.
Bu ömür yolumdan çox gözəl keçib
Tək sənin sevginə möhtac olmuşam
Bu ömür yolumdan çox gözəl keçib
Tək sənin sevginə möhtac olmuşam
Əllərin əlimə dəymir nə vaxtdır
Sanki dünyam mənə, inan, dar gəlir.
Ömrümüz mənasız, ömrümüz viran
Vallah, yaşamaq da mənə ar gəlir.
Əllərin əlimə dəymir nə vaxtdır
Mənə yad gələrdi qohumum, yadım
Əllərin əlimə dəymir nə vaxtdır
Yadımdan çıxardı öz doğma adım