menu-iconlogo
huatong
huatong
avatar

Sonunda Evdəyəm

Orkhan Zeynalli/Jasur Nematovhuatong
mistyp_starhuatong
Lirik
Rekaman
Sonunda evdəyəm

Sonu bilinməyən

Yollardan uzağa

Qaçaraq evdəyəm

Dörd divar içində tək

Yoxdur nə sevgi, nə dostluq, nə ailə

Qapanıb küncünə görə

Sevə bilmədiyim dairə

Musiqi, konsert, şöhrət və sairə

Sevgi cəngavərini öldürüb soyudum

"Sən daha yaxşılarına layiqsən" nağılını

Danışıb yenə doydum

Təklik, tale bir ömür boyumu?

Və sonda özümlə tək asandır

Axanda gözümlə bərk

Sıxıram bu yaşı, axı mən bu yaşa

Çatmışam yol boyu özümlə dalaşıb

İnanıram özüm öz yalanıma, aldadıram

İlk görüşlərdə bal dadıram

Gecdir, gəlmə daha imdadıma

Qapını bağla, çünki

Sonunda evdəyəm

Sonu bilinməyən

Yollardan uzağa

Qaçaraq evdəyəm

Sonunda evdəyəm

Sonu bilinməyən

Yollardan uzağa

Qaçaraq evdəyəm

Sonunda evdəyəm

Qayıtdım, ana

1 il əsgərlikdən sonra görəndə

Sevindiyin qədər sevin

İnanmıram, səni kimsə mənim qədər sevir

Amma bunu dilimə gətirmirəm, sanki

Danışsam, dinsəm, qanayar dilim

Ona görədir, yəqin, məni tanımayanlar

Daha çox sevir, nəinki tanıyan biri

Nə etsəm, gec-tez ayıb olur

Az-çox oturub əynimə dayı rolu

Çirkabdan uzaqlaşmaq üçün

Haralara getmədim, dərd yenə bitmədi

Sən demə, ürəyim kal, gözüm dəymiş

Həmin nankor, özünü bəyənmiş

Pis adam saydıqlarımın izinə düşüb

Anladım ki, səhv özümdə imiş

Nə fayda var, oturub ağla

Gizlədib səmadan otunu dağlar

Şöhrət, səhnə, qızlar, pullar

Zindanımda Orxan adlı qullar

Sən idin məni darda qoymayan

Sən idin, gəl, qorxma, qal, davam

Gəldim, gördüm, fəth eləmək alınmadı

Qorxmuram, çünki

Sonunda evdəyəm

Sonu bilinməyən

Yollardan uzağa

Qaçaraq evdəyəm

Sonunda evdəyəm

Sonu bilinməyən

Yollardan uzağa

Qaçaraq evdəyəm

Sonunda evdəyəm

Selengkapnya dari Orkhan Zeynalli/Jasur Nematov

Lihat semualogo