menu-iconlogo
huatong
huatong
avatar

Bənövşə

Qaraqanhuatong
big1redhuatong
Lirik
Rekaman
Hanı qaval daşı?

Gətirmədim

Bəs bu qədər vaxtı harda idin?

Sən alovda yanacaqsan

Mən daşı yox, onun sirrini gətirmişəm

Neçə addım, neçə şəhər

Neçə min kilometr uzaqlaşdım evimdən

Yoruldum qırağında yolun oturdum

Neçə sevinc, neçə kədər

Neçə sirr dolu günlər yazıldı izimdən

Hamısı duzumdu, suyumdu, unumdu - yoğruldum

Məni mən elədi

Ömür boyu gedirəm özümə doğru

Edirəm nəyi bilirəm doğru

Mən 100% bilirəm nədir doğru

Mən 100% bilirəm nədir doğru

Mən 100% bilirəm!

Bax, üç dəfə dedim, bilirəm nədir doğru

Jeez, deməli mən 100% bilirəm

Bilikdən artıq inam olmalıdı

Yəni, şüurdan artıq idrak olmalıdı

Yəni, hadisələrdən artıq məna olmalıdı

Biz mənaçıyıq

Bənövşə, bəndə düşə

Bizdən sizə kim düşə?

Bizdən sizə kim düşə?

Bənövşə, bəndə düşə

Adı gözəl, özü gözəl

Sazı gözəl, sözü gözəl

Dünya gül açıb əlimdə

Şaxələndi, bax yetişdi bənövşə

Bizdən sizə kim düşə?

Məndən sizə nə gərək?

İki düz, bir kələk:

Sizə tapmaca deyim, mənə sükutun öyrətdiyi

Deyin görüm o zirvə nə zirvə ki

Ən uca nöqtəsi qalxılır enərək?

Bunlar pünhani, dilim sirrimin zindani

Sizi cismani tərk etdim həzərat

Ki süzülsün gövhəri-nihani

Köksünə vursun atəş ölmüş şairin ehsani

Yeddi ildir torpaq idi ismim

Üfürdü Yaradan doğuldu Ruhani...

Ruhanilik alimlikdən çox artıq məsələdi

Hamı alim ola bilər

Amma ruhani mahiyyətə çatmaq üçün

Gərək qeyri-adi

Çılğın ruhun olsun

Bənövşə, bəndə düşə

Bizdən sizə kim düşə?

Bizdən sizə kim düşə?

Bənövşə, bəndə düşə

Adı gözəl, özü gözəl

Sazı gözəl, sözü gözəl

Bənövşə, bəndə düşə

Bizdən sizə kim düşə?

Bizdən sizə kim düşə?

Bənövşə, bəndə düşə

Adı gözəl, özü gözəl

Sazı gözəl, sözü gözəl

Bənövşə, bəndə düşə

Bizdən sizə kim düşə?

Bizdən sizə kim düşə?

Bənövşə, bəndə düşə

Adı gözəl, özü gözəl

Sazı gözəl, sözü gözəl

Əgər başmaqçı kamil sənətkar olmasa

Dövlət bundan o qədər də zərərdidə olmaz

Camaat pis ayaqqabı geyər, vəssəlam

Amma uşaqların müəllimləri

Öz borclarını ləyaqətlə ödəməsələr

Məmləkətdə cahil və yaramaz adamlardan ibarət

Bütöv bir nəsil peyda olar

Selengkapnya dari Qaraqan

Lihat semualogo