menu-iconlogo
huatong
huatong
avatar

Bir Azərbaycandır!

Uranhuatong
rdsnashuatong
Lirik
Rekaman
Ovçu asta dolan, gəz

Günah etmə, amandır

Burda hər gözəllik bir Azərbaycandır

(Bir Azərbaycandır!)

Ovçu asta dolan, gəz

Günah etmə, amandır

Burda hər gözəllik bir Azərbaycandır

(Bir Azərbaycandır!)

Adam var, sevib tərifləyir

Adam var, sevib tənqid edir

Adam var, baxıb dəb xatirinə olanı təlqid edir

Psevdo patriot var, adam var, cırır özünü

Adam var, səmimi olmayan əməllə qırır özünü

Adam var, bayrağı bayraq xatirinə alıb ruhu batil olan insan

Səni sənin silahınla öldürmək istəyən qatil

Adam var, sən onu sıxıb əlindən hər şeyi almısan

Adam var, sən onun yadında belə kimsəsiz qalmısan

Səni tərk edənlər var və vardır qovuşanlar

Var mübarizlərin, var gizli-gizli danışanlar

Var satqınlar, var xaincəsinə verilən vədlər

Vardır yaxşı gününü bilib pis gününə bələdlər

Var sənə layiq olmayan fərdlər, var daha mərdlər

Vardır unudulmaz günlərin, var çəkilən dərdlər

Var zatına tüpürüb sənin dabanını öpən

Kimə nə olsan da, mənə doğmasan ölkəm!

Bilirəm səni sevməyi təşviqat bilənlər

Nə təşviqat?!

Təşqivat edilməz uğrunda ölənlər

Xətrinə dəyənlər, passivistəm amma qəsdən

Qəsdinə cəhd edənlərə qarşı qəddaram, dözülməzəm

Ətini yesəmdə sümüyün oturub onurğa sütunuma

Südün qarışıb unuma, dözmərəm süqutuna

Cümlənin sübutunu boyayan damarda qandır

Sətrimdə deyilən hər kəlimə bir Azərbaycandır!

Ovçu asta dolan, gəz

Günah etmə, amandır

Burda hər gözəllik bir Azərbaycandır

(Bir Azərbaycandır!)

Ovçu asta dolan, gəz

Günah etmə, amandır

Burda hər gözəllik bir Azərbaycandır

(Bir Azərbaycandır!)

Qoca insandır, ona dinclik, qeydinə qalmaq lazım

Balaca uşaq, ona tərbiyə, savad, geyimini almaq lazım

Böyük ailədir, cəmiyyətin yeri, özəyi sayılır

Və ölkə, o da sən, xalqın bəbəyi sayılırsan

Sənin ruhun var, buna əminəm, daşda, kəsəkdə

Tozunda, torpağında var, yaşayır məsləkdə

Yaşadır o ruhu qucağında böyüyən övladlar

Kəssə də cəlladlar, tarixdən silinməz adlar

Doğularkən vətəni seçmirsən, deyil bağlı iradələr

Qazanmadığınla fəxr etməyin mənası nə?!

Adı özün seçmirsən, ismini verirlər sənə

Yaza bilmədiyinlə fəxr etməyin mənası nə?

Vətəndaş, boş hərf doldurmaz boşluqları xoş

Boşluqları doldurmaq əvəzi niyə danışmalı boş?

Əməlinlə tanın, ölkəni evin, kölgəli geyim say

Səbəblərini deyim, say, deyim bu saat diri misal

Birincisi, bu yer planetində ilk dəfə endiyin yer

İnsan kimi bu cəmiyyətdə ilk dəfə göründüyün yer

İkincisi, bunu seçmirsən, məsələdə özəl məqam

Bunun daxili şirinliyi var, görünür gözəl məqam

Əlində isti, ürəkdə vurur küləkli nəbz

Qərəz mövqeyim olmaz sənə qarşı

Sən əvəzsiz dostumsan, uzaqda olsaq da, bağlıyam olmağına

Hələ odlar ölkəsində... olmağıma var (hey)

Ovçu asta dolan, gəz

Günah etmə, amandır

Burda hər gözəllik bir Azərbaycandır

(Bir Azərbaycandır!)

Ovçu asta dolan, gəz

Günah etmə, amandır

Burda hər gözəllik bir Azərbaycandır

(Bir Azərbaycandır!)

(Bir Azərbaycandır!)

(Bir Azərbaycandır!)

Selengkapnya dari Uran

Lihat semualogo