menu-iconlogo
huatong
huatong
bahar-parazit-cover-image

Parazit

Baharhuatong
Caricato da rm.vaughan
Söz sözün daşını atdı

Sən də biraz rahatladın

Tükdən həssas qürurun daşlaşmış qəlbi parçaladı

Nə etdin? Necə etdin? Ağlında varmı kimsə?

Artıq maraqlı deyil üstündən xətt çəkdimsə

Hər gün dünyada bir parazit

Yedi qalmadı heç kəsdə ümid

Tərtəmiz hava, torpağı münbit

Sevgim qidan, evin bədənim

Səni bəsləmək üçün artıq yoxdur səbəbim

Ürəyimin sularını dondururam

Divarları yenidən qaldırıram

Ürəyimin sularını dondururam

Divarları yenidən qaldırıram

Damarlar tıxanır, nəfəsim get-gedə daralır

Dedi: "Öldürür hamı sevdiyini, sevgi belə yaranır"

Daha yoluxmaq istəmirəm, yanımdan keçmə

Hesab elə, bu da bir növ təbii seçmə

Ətrafdan qorudum səni

Deyəsən çox xoşuna gəlir

Bilirəm, çox xoşuna gəlir

Sevgim qidan, evin bədənim

Səni bəsləmək üçün artıq yoxdur səbəbim

Ürəyimin sularını dondururam

Divarları yenidən qaldırıram

Ürəyimin sularını dondururam

Divarları yenidən qaldırıram

Ürəyimin sularını dondururam

Divarları yenidən qaldırıram

Ürəyimin sularını dondururam

Divarları yenidən qaldırıram

Potrebbe piacerti

Visualizza altrologo

Playlist Correlate

Visualizza altrologo