menu-iconlogo
huatong
huatong
avatar

İradə İbrahimova Nigaranam Gəl

elegant_azhuatong
📻⋆𝙀𝙡𝙚𝙂𝙖𝙣𝙏_𝙒★ˢᵗᵃʳFMhuatong
Testi
Registrazioni
Sordum səni yenə də mən rüzgarlara,

Dedi, o da sənsizdir, bil, oralarda.

Eyni halda, eyni sevda var onda da,

Nigaran olma...

Hər sözündə, hər söhbətdə adın keçir,

Duyğulanır, söz dəyişir, o dəyişmir.

Varlığını yada salıb gülümsəyir,

Nigaran olma...

Ömrüm mənim, ey sevənim,

Ürəyim sənin, fədadır bu ömrüm,

Aylar keçsə, il dəyişsə,

Səni sevməkdən yorular mı könlüm?!

Uzaqlar haram, sənsizlik günah,

Həsrətinə düşmənəm, dön gəl...

Bu son bahar, bu son hicran de sevdalım,

Son üzüntüm, son göz yaşım, bəlalarım.

Son arzumda, diləyimdə tək sən varsan,

Nigaranam, gəl...

Yoxluğunla, xəyalınla tək qalmışam,

Bu dərdimdən özümü də unutmuşam.

Uzat mənə o əlini, yorulmuşam,

Nigaranam, gəl...

Ömrüm mənim, ey sevənim,

Ürəyim sənin, fədadır bu ömrüm,

Aylar keçsə, il dəyişsə,

Səni sevməkdən yorular mı könlüm?!

Uzaqlar haram, sənsizlik günah,

Həsrətinə düşmənəm, dön gəl...

Uzaqlar haram, sənsizlik günah,

Həsrətinə düşmənəm,dön gəl...

Altro da elegant_az

Guarda Tuttologo