menu-iconlogo
logo

Sevən Bilər

logo
Testi
Sevən bilər bu eşqin acısını

Sevən bilər ətrini, nəfəsini

Sevən bilər, məni görən bilər

Necəyəm, nə haldayam

Görən bilər

Yaşanan ömrümüzü hədər elədin

Özünə sual ver, nədən elədin

Bir anda oldu, anidən elədin

Betər elədin, bizə nələr elədin?

Bu sevgiyə daha yox inam

Niyə sağalmaz axı bu yaram?

Söz verdin ki, qoruyacam

Unutdun aram-aram

Sevən bilər bu eşqin acısını

Ürəyin ağrısını, o qapalı yarasını

Sevən bilər ətrini, nəfəsini

Bu sevgi tələsini, ümid dolu həvəsini

Sevən bilər, məni görən bilər necəyəm, nə haldayam

Görən bilər, məni görən bilər

Əfv etmək mənə ağırdır, səbir etmək

Qal deyir, amma sandı çıxıb getmək

Yenə üzülən mən, sənə yaraşır tərk etmək

Sən bu olanları dərd etmə, sevgini heç asan zənn etmə

İtib hər şey, bax olub heç nə

Yaralayır səndən bəhs etmək

Sevən bilər bu eşqin acısını

Ürəyin ağrısını, o qapalı yarasını

Sevən bilər ətrini, nəfəsini

Bu sevgi tələsini, ümid dolu həvəsini

Sevən bilər, məni görən bilər necəyəm, nə haldayam

Görən bilər, məni görən bilər

Sevən bilər bu eşqin acısını

Ürəyin ağrısını, o qapalı yarasını

Sevən bilər ətrini, nəfəsini

Bu sеvgi tələsini, ümid dolu həvəsini

Sevən bilər, məni görən bilər necəyəm, nə haldayam

Görən bilər, məni görən bilər

Sevən Bilər di İlkin Abbasov/Emil Bayramov - Testi e Cover