?_?_?
Bu gecə bağışla bir anlıq məni
Səni düşünməyi tərgidəcəyəm
Siləcəm ağlımdan siləcəm səni
Təkliyə özümü öyrədəcəyəm
Səsimdə boğacam adını sənin
Heç kim eşitməsin bilməsin bizi
O son öpüşdəki dadını sənin
Siləcəm dodaqdan qalmasın izi
Məndə xatirədir o son baxışlar
İncə təbəssümün gözlərimdədir
Ömrümə iz qoyub sənli naxışlar
Gedişin yox olan izlərindədir
Ötəcək beləcə sənsiz dəqiqələr
Uzaqlar yaxınlar qənimdi mənə
Bir gün toyun olsa toyuna gələr
Xoşbəxtlik dilərəm ömürlük sənə
Müəllif : Elvin Rasulzadeh