menu-iconlogo
huatong
huatong
avatar

Elvin Nasir - yuxu

Teyfurhuatong
ﮩﮩـ٨Teyfur٨ـﮩﮩhuatong
Testi
Registrazioni
Karaoke Teyfur

Çəkilib dayanmışam aynaların qarşısında

O qədər dəyişdim ki əvvəl olsa inanmazdım

Ümidim yoxdu bir də uşağlığıma geri qayıdam

Olsaydı beş yaşımda ilk şeirimi yazmazdım

Əvvəllər ağlayardım ancaq indi qəm də mənəm

Qorxardım atəşdən indi cəhənnəm də mənəm

Şeytanın hiyləsiyəm hansı ki adəm çaşdı

Bilmirəm bəlkə şeytan da mən,adəm də mənəm

Həsrətin həsrətin çəkib bu nə həsrətdi dedim

Bu həyat əzablarını tək mənə həsr etdi dedim

Elə bir yarə vuruldum bir ömür bir yaşayaq

Cəmi bir gün yaşadım bir günə əsr etdi dedim

Bədəndə hər şey var bircə dözümnən başqa

Ağlayır bütün bədən bircə gözümnən başqa

Ətrafda canlı meyidlər danışırlar susuram

Tanıdım hər kəsi mən təkcə özümdən başqa

Çəkilib dayanmışam aynaların qarşısında

O qədər dəyişdim ki əvvəl olsa inanmazdım

Ümidim yoxdu bir də uşağlığıma geri qayıdam

Olsaydı beş yaşımda ilk şeirimi yazmazdım

Allah bir yuxu göndərsə bəlkə əbədi yatım

Beşikdə laylalarla başlayıb iyrənc həyatım

Son ümid söz yazıram acizanə bir təblə

Mən özüm qalmayacam,bəlkə qaldı ədəbiyyatım

Bildiyin ən böyük dağın başında zirvəsiyəm

Elə bir kimsəsizəm kimsəsizin kimsəsiyəm

Nə kimsəyəm nə də zirvə heç kimin heç nəsiyəm

Baxanda əksimə gördüm ki mən də özgəsiyəm

Heç kimsə söyləməmişdir mənə ömrün talanar

Cisimdə canın qalar ruh bədəndə parçalanar

Sevgini görəndən bəri ona yazığ demişəm

Axı bir his nə qədər tapdalanar tapdalanar

Çəkilib dayanmışam aynaların qarşısında

O qədər dəyişdim ki əvvəl olsa inanmazdım

Ümidim yoxdu bir də uşağlığıma geri qayıdam

Olsaydı beş yaşımda ilk şeirimi yazmazdım

Karaoke Teyfur

Altro da Teyfur

Guarda Tuttologo