menu-iconlogo
huatong
huatong
avatar

Sevgi Qalıb XX Əsrdə

Uranhuatong
nana81_896huatong
Testi
Registrazioni
Mən bilmirəm bu trek nə haqdadır

Soruşmayın məndən

Sevgi qalıb XX əsrdə

Hündür divar, üstü açıq qəsrdə

Deyir onun artıq həmin tamı yox

Görünür ki, həyatın nizamı yox

Sevgi qalıb XX əsrdə

Hündür divar, üstü açıq qəsrdə

Deyir onun artıq həmin tamı yox

Görünür ki, həyatın nizamı yox

Yeni yetər, yeni yetməz, yeni istər

Dəli coşqu, dəli sevgi, dəli hisslər

Qısa məktub, geniş ürək, gecə gizli, dəhlizdən

Otağadək, yatağadək keçən izlər

Xatirə qatili zaman yol uzunu

(Yenə) Sevgi döyən qapılar açmır oğlana

(Amma) Qısa münasibətin kökü də qısa

Bir gün də bəlkə qalsa və "sevgili" alınsa

Təəssüf, səhər duş, qəhvə, tələsik vida

Deyir "nömrəm kontaktda", beləsi də var

Sonra dərs, sonra ev, sonrası da var

Belə də ki, əvvəlinə sonrası davam

Çıxıb çölə oturur maşına, ovcu qaşınır

Qoyur xoşuna gələn treki, çarə başına

İşə düşür maşın

Şütüyür boş küçələrində şəhərin

Lakin tapmır təhərin

Qarşılayır dəniz kənarında səhəri tənha

Sevgi qalıb XX əsrdə

Hündür divar, üstü açıq qəsrdə

Deyir onun artıq həmin tamı yox

Görünür ki, həyatın nizamı yox

Sevgi qalıb XX əsrdə

Hündür divar, üstü açıq qəsrdə

Deyir onun artıq həmin tamı yox

Görünür ki, həyatın nizamı yox

Hərbi forma, qida, günlük norma, nizam

Təlimlər və qıza qalır az vaxt, əlbət

Pozur kefin gənc zabitin, şəxsi həyat bir tərəfdə

Müharibə başlayır indi, başqa şeylər hədəfdə

Döyüş səngiyəndə uzanıb doğma səngərə

Qızın səsin duymaq'çın hər dəfə zəng elər

Zəng gələr xanıma qapalı nömrədən, o isə qan vermək'çün

Hospitalda durub növbədə, qarışıb başı söhbətə

Döyüşdə bitdi fasilə, dəyişdi atəş rəqsinə

Yenilər səsə diksinər, köhnələr dartar köksünə

Zabit verəcək dərsini

Tanrı çıxarsa dirisini bu döyüşdən

Nişan göndərəcək birisinə, demişdi

Yoldaş leytenant bilir, sabaha yox qarant – gülür

Çiynində akselbant dünən, bu gün də maska örtülü

Sevgi tapşırığı verə bilər ürək qərargahı

Fərqli nişangah, birinə qız, birinə diyar baxır

Sevgi qalıb XX əsrdə

Hündür divar, üstü açıq qəsrdə

Deyir onun artıq həmin tamı yox

Görünür ki, həyatın nizamı yox

Sevgi qalıb XX əsrdə

Hündür divar, üstü açıq qəsrdə

Deyir onun artıq həmin tamı yox

Görünür ki, həyatın nizamı yox

Sevgi qalıb XX əsrdə

Sevgi qalıb XX əsrdə

Altro da Uran

Guarda Tuttologo