AYBÜKE
Yavaş-yavaş gecə kecər,
Gecə keçər yar
Heç bilmirəm necə keçər.
Necə keçər yar
Səni durub düşündükcə,
Düşündükcə yar
Qoşun çəkər xatirələr
Xatirələr yar
Şirin günlər, şirin çağlar
Bir gün gəlib düşər yada,
Ürək deyər, ayrılığın
Üzü dönsün bu dünyadan.
Şirin günlər, şirin çağlar
Bir gün gəlib düşər yada,
Ürək deyər, ayrılığın
Üzü dönsün bu dünyadan.
AYBÜKE
Ay çəkilir yuxu kimi,
Yuxu kimi yar
Bir ovçunun oxu kimi
Oxu kimi yar
Hamı deyər hamı gülər,
Hamı gülər yar
Mən gülmərəm çoxu kimi
Çoxu kimi yar
Şirin günlər, şirin çağlar
Bir gün gəlib düşər yada,
Ürək deyər, ayrılığın
Üzü dönsün bu dünyadan.
Şirin günlər, şirin çağlar
Bir gün gəlib düşər yada,
Ürək deyər, ayrılığın
Üzü dönsün bu dünyadan.
Ürək deyər, ayrılığın
Üzü dönsün bu dünyadan.