menu-iconlogo
huatong
huatong
歌詞
収録
Nədir hicran, bu ürək bilməzdi

Düşünürdüm, bu sevgi ölməzdi

Mənə göstərdiyin o hiylə, kələk

Heç mənim ağlıma da gəlməzdi

Mənə göstərdiyin o hiylə, kələk

Heç mənim ağlıma da gəlməzdi

Könül verib inandığım

Dövrəsində dolandığım

Kölgəsində dayandığım

O budaqlar mənim deyil

Könül verib inandığım

Dövrəsində dolandığım

Kölgəsində dayandığım

O budaqlar mənim deyil

Öpə bilmərəm bir daha

O yanaqlar mənim deyil

Bir zaman şirin sandığım

O dodaqlar mənim deyil

Öpə bilmərəm bir daha

O yanaqlar mənim deyil

Bir zaman şirin sandığım

O dodaqlar mənim deyil

Bu sevgidə nə qədər səhv etdim

Sənin hər nöqsanını əhv etdim

Bu sənin xasiyyətindir, beləsən

Çox heyf, özüm-özümü məhv etdim

Bu sənin xasiyyətindir, beləsən

Çox heyf, özüm-özümü məhv etdim

Elə etmişdim etibar

Düşünürdüm, dayağım var

Qəflətən yağdı bəyaz qar

Daha dağlar mənim deyil

Elə etmişdim etibar

Düşünürdüm, dayağım var

Qəflətən yağdı bəyaz qar

Daha dağlar mənim deyil

Öpə bilmərəm bir daha

O yanaqlar mənim deyil

Bir zaman şirin sandığım

O dodaqlar mənim deyil

Öpə bilmərəm bir daha

O yanaqlar mənim deyil

Bir zaman şirin sandığım

O dodaqlar mənim deyil

Mənə bu sevgi daha məhbəsdir

Səsin artıq, duyuram, yad səsdir

Gedirəm, məcbur edirsən, gedirəm

Bu qədər səbr elədim mən, bəsdir

Gedirəm, məcbur edirsən, gedirəm

Bu qədər səbr elədim mən, bəsdir

Çox demişdim: "məni dərk et"

Sevirəm, imdadıma yet

Ürəyin versə qərar, get

Bu ayaqlar mənim deyil

Çox demişdim: "məni dərk et"

Sevirəm, imdadıma yet

Ürəyin versə qərar, get

Bu ayaqlar mənim deyil

Öpə bilmərəm bir daha

O yanaqlar mənim deyil

Bir zaman şirin sandığım

O dodaqlar mənim deyil

Öpə bilmərəm bir daha

O yanaqlar mənim deyil

Bir zaman şirin sandığım

O dodaqlar mənim deyil

Öpə bilmərəm bir daha

O yanaqlar mənim deyil

Bir zaman şirin sandığım

O dodaqlar mənim deyil

Öpə bilmərəm bir daha

O yanaqlar mənim deyil

Bir zaman şirin sandığım

O dodaqlar mənim deyil

Aygün Kazımova/Namiq Qaracuxurluの他の作品

総て見るlogo