Ana dedim ürəyimə yanar odlar saçıldı
Ana dedim bir ürpəriş hasil oldu canımda
Ana dedim qarşımda bir gözəl səhnə açıldı
Ana dedim fəqət onu görməz oldum yanımda
Ana dedim xəyalıma gəldi ağ saçlarıyla...
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay Ana, qurban ollam mən sənə...
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay Ana, qurban ollam mən sənə...
Ana, Ana bu kəlmənin vurqunuyam əzəldən
Onu gözəl Allah - Təala düşünübdür əzəldən
Ana olmaz bizə hər bir yavrum deyən gözəldən
Çünki onun xilqətində ayrıca bir füsun var...
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay Ana, qurban ollam mən sənə...
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay Ana, qurban ollam mən sənə...
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay Ana, qurban ollam mən sənə...
Öpərəm əllərindən
Öpərəm gözlərindən
Ay Ana, qurban ollam mən sənə...