menu-iconlogo
huatong
huatong
avatar

Axşam küləyi

Ifrathuatong
☾︎✵☝︎𝕖𝕝𝕔ı𝕟_𝕔𝕖𝕗𝕖𝕣✵☽︎huatong
歌詞
レコーディング
Bir kəlmə sözüm var sənə qəlbimdə əsirsən,

Ard arda buludlar düzülüb sən tələsirsən.

Bir damla yağış yağmadı göz yaşım itirsin

Yaz yağışı sanırsan deyə, göz yaşına küsürsən.

Peşmançılığım çox güman ölməz mən ölüncə.

Çox şübhə qürurumla divar çəkdi sevincə,

Sakitləşə bilsən, sənə danışardım özümdən,

Yadlar sayağı dinləmədən üz çevirincə.

Nəqarət:

Tənhalığa get sor, mənim ondan da aram var,

Yalnız o bilir ki, neçə gizlində yaram var!

Axşam küləyi yarımın əs pəncərəsindən,

Görsən qucağın boş, de qucaq dolusu salam var!

Son dəfə üzün köksümə sıxdım elə bərk-bərk,

Göz yaşı süzüldü yanağından yerə tək-tək.

Çatmaz hünərim kölgə də olsam, ona toxunum,

Gördün darıxır sən qara tellərinə sığal çək.

Əs!

Razıyam əsməyinə sənin cüzi qədərdə,

Son dəfə görəndən sonra bağlansın o pərdə.

Sən qorxduğun o qara buludlar da çəkilmir,

Zülmət gəcədən göz-gözü görmür bu şəhərdə.

Nəqarət:

Tənhalığa get sor, mənim ondan da aram var,

Yalnız o bilir ki, neçə gizlində yaram var!

Axşam küləyi yarımın əs pəncərəsindən,

Görsən qucağın boş, de qucaq dolusu salam var!

Ifratの他の作品

総て見るlogo